İsrail Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə mümkün hücum hazırlığına qayıdıb.
Oxu24.com xəbər verir ki, bu məlumatı İsrailin “12-ci kanal”ı yayıb.
İsrail Baş Qərargah rəisi Aviv Koxavinin son günlər bir neçə müzakirə apararaq kəşfiyyat məlumatlarının toplanmasına diqqətin yönəldilməsi, aktual operativ planlar tərtib edilməsi və bu plan əsasında təlimin keçirilməsinə başlanması barədə tapşırıq verdiyi bildirilib.
Qeyd edək ki, İsrail ordusu bu cür təlim və hazırlıqla iki ildən çox idi məşğul olmurdu. / Axar
Oxu24.com
ŞƏRHLƏR