Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59827
az

Metro və avtobuslarda gediş haqqı 1 manat olacaq? - AÇIQLAMA

11:5219 Oktyabr, 2021
1488
  • A

Ölkədə son bahalaşmalar fonunda ictimai nəqliyyatda da gediş haqqının artırılması istiqamətində fikirlər səsləndirilir. Bu il ərzində əhalini daha bir bahalaşmanın gözlədiyi bildirilir.
 
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sfera.az-a açıqlamasında bu ehtimalın gündəmdə olduğunu deyib:

"İctimai nəqliyyatın bu gün 70 faizindən çoxu sahibkarların əlində cəmləşir və bu sahədə istənilən halda məqsəd qazanc əldə etməkdir. Əgər  qazanc yoxdursa, təbii ki, sahibkarlar tənəzzülə uğrayacaqlar. Aparılan təhlillər onu göstərir ki, Bakı şəhərində ictimai nəqliyyatda bir sərnişinin daşınması (həm metro, həm də avtobus vasitəsilə) təxminən 1 manat civarında başa gəlir. Bu, dövlət tərəfindən tənzimlənən siyasət olduğuna görə, 30-40 qəpik olaraq nəzərdə tutulur. Bu baxımdan fikrimcə, dövlətin də artıq ya sahibkarlara hansısa formada dotasiya ödəməsi nəzərdə tutulmalıdır, ya da qiymət rentabelli olmalıdır”.
 
Müsahibimiz qeyd edilən məsələlərin zərurət olduğunu vurğulayıb:
 
"Bu, qaçılmazdır. Kimsə düşünməsin ki, qiymət artımının tərəfdarıyam. Reallıqları qəbul etmək lazımdır. Qiymət artımının nə zaman baş verə biləcəyini bilmirəm, amma gec-tez baş verəcək. Elə yanacaq qiymətinin artımı da partlayışa gətirib çıxardı. Sahibkarlar qiymət artımına ehtiyacın olduğunu dedilər. Amma dövlət tərəfindən bir siyasət yürüdüldü ki, sahibkarlara əlavə dotasiya veriləcək. Lakin bu gün milyonlarla manatı sahibkarlar hələ ala bilməyib”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Son zəng” bu tarixdə çalınacaq
Lənkəranda avtomobil 67 yaşlı qadını vurub
Mədəniyyət naziri Almaniya səfiri ilə görüşüb

“Instagram”da bu  qadağan olunacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Suraxanıda narkokuryerlərdə 3 kq narkotik aşkarlandı - VİDEO