Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59697
az

Rusiyadan Azərbaycana gətirilən kartofda zərərverici aşkarlanıb

18:5415 Oktyabr, 2021
461
  • A

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri zamanı "ZE-DENT" MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 66.9 ton toxumluq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirib.

AQTA-dan Metbuat.az-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.
Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Clavibacter michiganensis subsp. sepedonicus” - kartof yumrularında halqavari çürümə) aşkar edilib. Agentlik tərəfindən istifadəyə yararsız toxumluq kartof məhsulu partiyasının məhv edilməsi barədə qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentə “Caspian Energy” jurnalı təqdim edildi
Ədliyyə Nazirliyi yanında Dövlət Reyestri Xidməti ləğv edildi
Ən təhlükəli yay ayaqqabıları

“Instagram”da bu  qadağan olunacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Bakıda 3 kuryerdən 11 kq heroin, marixuana və metamfetamin aşkarlandı - VİDEO