“Regionda hələlik vəziyyətin stabilləşməsindən danışmaq mümkün deyil”.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qaldığını bildirib. Ermənistanın baş naziri Rusiyanın bu münaqişənin həllində, ümumiyyətlə regionun təhlükəsizliyində açar rolunu oynadığını diqqətə çatdırıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan Kremldə görüş keçirir.
Oxu24.com
ŞƏRHLƏR