Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59574
az

SON DƏQİQƏ! Prezident mühüm Qanun imzaladı

18:5012 Oktyabr, 2021
1767
SİYASƏT
  • A

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Oxu24.com  xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” 2021-ci il iyulun 2-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Anlaşma Memorandumu 1 (bir) il müddətində etibarlıdır və tərəflərdən birinin bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı 90 (doxsan) gün qalmış digər tərəfə diplomatik kanallar vasitəsilə yazılı şəkildə ləğvetmə tələbini göndərmədiyi təqdirdə bu Anlaşma Memorandumu növbəti birillik müddətlərə uzadılır.

Memoranduma əsasən, göndərən ölkənin heyəti əvvəlcədən müəyyən edilmiş yerdəyişmə müddəti üçün kifayət edəcək miqdarda dərmanla və ləvazimatla yola düşəcək.

Ev sahibi ölkə təcili tibbi xidmətləri və təcili təxliyə xidmətlərini göndərən ölkənin heyətinə ödənişsiz olaraq təmin edəcək. Göndərən ölkənin heyətinin sığorta haqları müalicə xidməti xərcləri göndərən ölkə və ya göndərən ölkənin heyətinin özü tərəfindən ödəniləcək.

Ev sahibi ölkə yaralanma və ya ölüm halında göndərən ölkəni məlumatlandıracaq. Ölüm halında ev sahibi ölkə göndərən ölkənin siyasətinə riayət edilməsini təmin etmək üçün prosedurlardan və ya yarılmadan əvvəl göndərən ölkə ilə koordinasiya edəcək. Göndərən ölkənin bir təmsilçisi (mümkünsə həkim) yarılma zamanı iştirak etmə və yekun yarılma raportunun bir nüsxəsini əldə etmə səlahiyyətinə malikdir.

Sənədə əsasən, ev sahibi ölkə (ESÖ) göndərən ölkənin (GÖ) heyətini ESÖ-nün ərazisinə giriş/ESÖ-nün ərazisindən çıxış zamanı GÖ-nün təlim məqsədilə ESÖ-nün ərazisinə müvəqqəti olaraq idxal edilən təchizat və təminat maddələrini ESÖ ilə bağlanılmış qüvvədə olan beynəlxalq müqavilələrin müddəalarına müvafiq olaraq gömrük rüsumlarından və digər vergilərdən azad edir.

Anlaşma Memarondumu tərəflər arasında bağlanmış 1992-ci il 11 avqust tarixli “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim – təhsil haqqında müqavilə” və 1996-cı il 10 iyun tarixli “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında hərbi təlim, texniki və elmi sahədə əməkdaşlıq haqqında saziş”in müddəaları əsas götürülərək imzalanıb.

Anlaşma Memorandumunda qeyd olunan ev sahibi ölkənin dəstəyi göndərən ölkənin qüvvələrinin ev sahibi ölkənin ərazisinə daxil olduğu andan başlayır və göndərən ölkənin qüvvələrinin son komponentinin ev sahibi ölkənin ərazisini tərk edənədək davam edir.

Təlim zamanı ev sahibi ölkənin ərazisində olarkən yarana biləcək cinayət yuridiksiyası və intizam cəzasının verilməsi səlahiyyəti ilə bağlı bütün məsələlər 1992-ci il 11 avqust tarixli müqavilə və 1996-cı il 10 iyun tarixli sazişin müddəaları ilə tənzimlənir.

Göndərən ölkənin qüvvələri ev sahibi ölkənin ərazisinə gəliş və ev sahibi ölkənin ərazisindən gediş zamanı viza tələblərindən və ev sahibi ölkənin əcnəbilərin qeydiyyata alınması və nəzarəti ilə bağlı prosedurlardan azad olunur. Göndərən ölkə şəxsi heyət və təchizat barədə məlumatları gəlişindən ən azı 60 gün əvvəl müvafiq forma ilə ev sahibi ölkəyə göndərir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinlə görüşmək üçün Moskvaya gələn Avropa lideri kimdir?
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı
Fransanın Baş nazirinin reytinqi tarixi minimuma endi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ