Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5957
az

Prezident: İkinci xəbərdarlıq olmayacaq, bir də görəcəklər ki, əldən çıxdı

01:1010 Oktyabr, 2018
1042
SİYASƏT
  • A
 Ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün işlər görülür, təhlil aparılır. İlk növbədə, neftlə çirklənmiş ərazilər təmizlənir. Abşeron yarımadasında neftlə çirklənmiş yerlər tam təmizlənəcək, həmin yerlərdə bağlar, yaşıllıqlar, göllər salınacaq.

Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bugünkü iclasında bildirib.

Dövlət başçısı qeyd edib ki, “Xəzərin sahilində yeni təmizləyici qurğuların yaradılması istiqamətində işlər gedir”.

“Burada da vəziyyət bizi tam qane edə bilməz. Havanı çirkləndirən məişət obyektlərinə ciddi xəbərdarlıq edilib. Axsam saatlarında Bakı şəhərini tüstü bürüyür. Şadlıq evlərində tüstü təmizlənmədən havaya sovrulur.

Ona görə, çox ciddi xəbərdarlıq edilib, kim əməl etməyəcəksə, o şadlıq evinin, məişət obyektinin qapısı bağlanacaq. Mən tapşırmışam ki, bunun üçün hüquqi əsaslar hazırlansın. Bildiyimə görə, birinci xəbərdarlıqdan sonra bir çox məişət obyektləri təmizləyici qurğuları quraşdırmağa başlayıblar.

Onların hamısına məsləhətim ondan ibarətdir ki, bu işi tezləşdirsinlər. Çünki ikinci xəbərdarlıq olmayacaq, bir də görəcəklər ki, əldən çıxdı. Ona görə, tezliklə bütün böyük-kiçik məişət obyektlərində havanı çirkləndirən, havaya tüstü, kanserogen buraxan obyektlərdə təmizləyici qurğular quraşdırılmalıdır, müvafiq qurumlar monitorinq aparmalıdır.

Mən Bakı Şəhər İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göstəriş verdim ki, mənə dərhal məlumat verilsin və dərhal ölçü götürüləcək”, - deyə, Prezident bəyan edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sahibə Qafarova Sinqapurda səfərdədir
İran Azərbaycandan nə istəyir? – AÇIQLAMA
“Paşinyan “sülh göyərçini” kimi özünü nümayiş etdirməyə çalışdı”

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı