Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59382
az

3-cü doza immuniteti gücləndirir? - Baş infeksionist açıqladı

20:5508 Oktyabr, 2021
922
CƏMİYYƏT
  • A



Sağlam insandan fərqli olaraq bədəni zəif olanlarda vaksinin əmələ gətirdiyi qoruyuculuq daha zəifdir və müddəti daha qısadır.

Oxu24.com xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, vaksin olunandan müəyyən müddət sonra qoruyuculuğu azalır.

"İlk günlərdə bəlli deyildi, amma əksər tədqiqatlar göstərir ki, bu, təxminən 6-8 ay sonra baş verir. Yanvar ayında başlanan vaksinasiyanın ilk mərhələsində risk qrupuna daxil olan insanlar və tibb işçiləri iştirak etdi. Çünki xroniki xəstəlikləri olan yaşlı insanlarda infeksiyanın ağır keçmə riski daha yüksəkdir. Artıq bu vaksinləmənin üzərindən müəyyən müddət keçib. Təbii ki, havaların da soyuduğunu nəzərə alsaq, onlarda immunitetin zəifləməsi müşahidə olunacaq.

Növbəti faktor odur ki, virus mutasiya etməyə davam edir. "Delta” ştammının əvvəlki qoruyucu anticisimlərdən yayınma qabiliyyəti var. Belə olan halda ehtiyac yaranıb ki, risk qrupunda vaksindən sonra formalaşmış və vaxt axarında zəifləmiş immuniteti yenidən gücləndirək. Bunun üçün üçüncü - gücləndirici dozanın vurulması təklif olunur. Təbii ki, üçüncü dozanın vurulması təkcə Azərbaycanda yox, dünyanın əksər ölkələrində təklif olunur. Bu yolla risk qrupuna daxil olan həmin insanların yoluxaraq xəstələnməsinin və ya xəstəliyi ağır keçirməsinin qarşısını alınır”, - ekspert qeyd edib.

Həmin bildirib ki, koronavirus infeksiyasına qarşı üçüncü dozanın uşaqlara da aid olması hələ gündəmdə deyil: "Uşaqların vaksin olunması hələlik tövsiyə xarakterlidir, müraciətlər azdır. Müəyyən vaxt keçməlidir ki, araşdırmalar olsun, ondan sonra bu məsələyə baxıla bilər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu müəllimlər işdən çıxarılacaq? - Rəsmi AÇIQLAMA
Qadınlar, duş alarkən bunu qətiyyən etməyin! - Ginekoloq açıqladı
Yevlax sakinini ilan sancdı

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
İtkin düşən 8 nəfər tapıldı