Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59145
az

Bakıda şok hadisə gizli kameraya düşdü: Polis əhaliyə müraciət etdi

17:3004 Oktyabr, 2021
2019
REDAKTORUN SEÇİMİ
  • A

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı müxtəlif vaxtlarda rayon ərazisində avtomobillərin şüşələrini qıraraq salonlardan oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat zamanı Xətai rayonunda yaşayan əvvəllər məhkum olunmuş Bəybala Kamranbəyli tutularaq istintaqa təqdim edilib.

Araşdırma zamanı onun paytaxt ərazisində 10-dan çox avtomobilin salonundan dəyərli əşyalar, maqnitafonlar oğurlayaraq dəyər-dəyməzinə satdığı məlum olub.

Həmçinin saxlanılan şəxsin ətrafında aparılan əlavə araşdırmalar zamanı onun rayon ərazisində bir neçə mənzildən qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı isə rayon ərazisində bir mənzildən oğurluq edən Elçin Əhmədov saxlanılıb. Onun evdən 2000 manat dəyərində qızıl və 350 manat pul oğurladığı məlum olub.

"Qeyd edək ki, Bəybala Kamranbəyli oğurluğa gedən zaman həmin ərazilərdə yerləşdirilən müşahidə kameraları vasitəsi ilə də görüntülənib. Bu isə onun qeyd edilən hadisələri törətdiyini bir daha sübut edir.

Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdrıma aparılır. Bəybala Kamranbəyli və Elçin Əhmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Xətai Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", - mətbuat xidmətindən bildirilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis bu qızı axtarır
Milli Hidrometeorologiya Xidməti açıqlama yaydı
Gömrük əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü