Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58925
az

ƏHALİNİN DİQQƏTİNƏ! Yollar bu tarixdə bağlanır

19:5625 Sentyabr, 2021
1504
CƏMİYYƏT
  • A

27 sentyabr - Anım Günü ilə əlaqədar keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə sentyabrın 26-ı və 27-i bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə  Oxu24.com-a  Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, 27 sentyabr Anım Günü ilə əlaqədar paytaxt ərazisində keçiriləcək tədbir saat 09-dan 13:00-a qədər nəzərdə tutulub: “Tədbir Azneft dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Yusif Səfərov, Üzeyi Hacıbəyov, Zərifə Əliyeva küçələri, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla nəzərdə tutulub.

Ona görə də bu istiqamətlərdə, paralel və bitişik küçələrdə hərəkət bütün növ nəqliyyat vasitələri üçün məhdudlaşdırılacaq. Vətəndaşlardan şəxsi minik vasitələrindən etməməyi xahiş edirik”.

DYP həmçinin qeyd edib ki, adıçəkilən küçələrdə keçiriləcək tədbirlərlə əlaqədar sentyabrın 26-da səhər 07:30-dan 10:00-a dək, sentyabrın 27-də isə 06:30-dan 14:00-a dək yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Oxu24.com

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü