Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58860
az

SON DƏQİQƏ! Ərdoğan və Putinin Soçi masasından ŞAD XƏBƏR – KRİTİK QARABAĞ QƏRARI…

18:1223 Sentyabr, 2021
998
SİYASƏT
  • A

Sentyabrın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının rəhbəri Vladimir Putinin təkbətək görüş keçiriləcək. Görüşün keçirildiyi yer də məlumdur.

Oxu24.com xəbər verir ki, təkbətək görüş Soçidə, bağlı qapılar arxasında baş tutacaq.

Bəs görüşdə hansı məsələlər müzakirə olunacaq? Qarabağ məsələsi də müzakirə masasında yer alacaqmı?

Milli Məclisin deputatı Rasim Musabəyov Publika.az-a açıqlamasında deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla onun rusiyalı həmkarı Vladimir Putinin görüşünün əsas müzakirə mövzularının bir hissəsini Ankara artıq açıqlayıb.

Deputatın fikrincə, Soçidə ilk növbədə Suriya, İdlib məsələsi müzakirə ediləcək:

“Bu, əsas məsələdir, orada hazırda gərginlik artıb. İdlibdə toqquşmaların olma ehtimalı gündən-günə daha da çoxalır. Türkiyə bölgəyə əlavə texnikalar gətirib. Bəşər Əsədin qoşunları da müəyyən hazırlıq içərisindədirlər. Türkiyə təyyarələri İdlib üzərində uçur. Düşünürəm ki, Türkiyə Əsəd rejimini hər an darmadağın etməyə hazırdır, amma Rusiya ilə toqquşma ehtimalı, ondan doğa biləcək fəsadlar bunu əngəlləyir. Çünki fəsadlar daha geniş ola bilər. Fikrimcə, bir nömrəli məsələ kimi bu problem masada olacaq. Məncə, Qarabağdakı son vəziyyət də mütləq şəkildə nəzərdən keçiriləcək. Baxmayaraq ki, Türkiyə üçtərəfli sazişin iştirakçısı deyildi, ancaq həm müharibə, həm də ondan sonrakı dövrdə Ankara bu proseslərdə çox fəal şəkildə iştirak edirdi. İndi Türkiyə Qarabağdakı monitorinq qrupunun tərkibində təmsil olunur”.

Deputat müzakirə masasında olacağı ehtimal edilən digər məsələlərə də toxunub:

“Türkiyənin müəyyən mənada qaz qıtlığı var. Ankara Moskvadan böyük miqdarda qaz alır. Bununla bağlı bəzi müqavilələrin vaxtı bitir. Bunun üçün də zaman lazımdır. Fərz edirəm ki, bu məsələ də nəzərdən keçiriləcək. Bundan başqa digər məsələlər də müzakirə oluna bilər. S-400 raketləri ilə bağlı məsələlər də var. Onun alınması texnologiyaların Rusiya tərəfindən verilməsi ilə birbaşa bağlıdır. Yəni, Moskva S-400 texnologiyalarını Ankaraya verməyə hazırdırmı?! Hazırdırsa, Türkiyə bu texnologiyaları alacaqmı?! Düşünürəm ki, Türkiyənin Rusiya ilə kifayət qədər gündəliyi var. Əfqanıstandakı vəziyyət də müzakirə oluna bilər. Aydındır ki, Rusiyanın da həmin bölgədə müttəfiqləri var. Eyni zamanda, Türkiyə Əfqanıstanın yerləşdiyi bölgədə böyük nüfuza sahibdir. Fikrimcə, bu kimi məsələlər Ərdoğan Putin görüşündə nəzərdən keçiriləcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinlə görüşmək üçün Moskvaya gələn Avropa lideri kimdir?
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı
Fransanın Baş nazirinin reytinqi tarixi minimuma endi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ