Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58822
az

Bakıda itkin düşən 12 yaşlı oğlan görün hardan tapılıb  -  VİDEO

14:0022 Sentyabr, 2021
3080
  • A

Bakıda 20 gün əvvəl itkin düşən 12 yaşlı uşaq tapılıb.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Belə ki, Binəqədi rayon sakini olan Xalid Əmirxanov Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək oğlu 12 yaşlı Əmirxanın itkin düşməsi barədə məlumat verib.

O, izahatında oğlunun 20 günə yaxındır ki, evdən çıxdığını və geri qayıtmadığını bildirib. Məlumat daxil olan kimi dərhal azyaşlının axtarışlarına başlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri axtarışlar nəticəsində 12 yaşlı uşaq tapılaraq ailəsinə təhvil verilib. Araşdırma zamanı müəyyən edilib ki, o evdə olmadığı müddətdə paytaxt ərazisində müxtəlif məkanlarda, əsasən də avtomobil dayanacaqlarında küçə ticarəti ilə məşğul olub. Polis Bölməsində azyaşlının valideyni ilə profilaktik söhbətlər aparılıb. Ona övladının təlim-tərbiyəsi ilə ciddi məşğul olması tövsiyə edilib.

"Bir daha valideynlərə müraciət edərək bildiririk ki, övladları daim nəzarətdə saxlamaqla baş verə biləcək belə halların qarşını vaxtında alsınlar", - mətbuat xidmətindən bildirilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakının bu ərazisindəki evlər sökülür- Video
Süpürgəçi qızı maşın vurdu
Turalın ailəsindən tükürpədici açıqlama +VİDEO

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...