Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58734
az

Rüşvətə görə həbs ediən direktor və şöbə müdirinə hökm oxundu

13:4020 Sentyabr, 2021
684
CƏMİYYƏT
  • A

Gəncə Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Ələkbərov Xaləddin Qasım oğlu və həmin kollecin Əyani şöbəsinin müdiri vəzifəsində işləmiş Dursunov İlqar Tahir oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com APA-ya istinadən bildirir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, X. Əkbərov 8 il 6 ay, İ. Dursunov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həmin şəxslərin qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaq tədbirləri ilə qeyd olunan vəzifələrdə işləyərkən Xaləddin Ələkbərov və İlqar Dursunovun 2019-2020-ci tədris ilində kollecdə təhsil alan 90 tələbədən imtahanlarda müsbət qiymətlərin yazılması və dərslərdə iştirak etmədən semestr imtahanlarına buraxılması müqabilində 2019-cu ilin dekabr ayının ortalarından 2020-ci ilin yanvar ayının sonunadək olan müddətdə kollecin inzibati binasında ümumilikdə 12 min100 manat məbləğdə pul vəsaitini almalarına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Xaləddin Ələkbərov və İlqar Dursunov barələrində məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib, avqustun 21-də isə onlara Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün 31 avqust 2020-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kirkorov plastik əməliyyatlardan sonra BELƏ formada qalır
Bakının bu 4 yerindən ev almayın – Şəhər sakinlərinin nəzərinə!
TƏBİB-dən Tağı Əhmədovun ölümü ilə bağlı AÇIQLAMA

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər