Kardioloq ürək tutmasının az məlum olan, çox xəstələrin fikir vermədiyi, ağrıdan da öncə gələn simptomunu açıqlayıb.
Medicina.az xəbər verir ki, rusiyalı həkim kardioloq Anna Koreneviç döş qəfəsində olan qəribə istiliyə diqqət yetirməyin vacibliyini bildirir.
“Çox zaman xəstələr həkimi səhv çıxarır, inandırmağa çalışır ki, axı heç bir ağrı hiss etmir, nə infarkt? Sadəcə, sinəmdə elə bil istilik var. Məhz bu qəribə hiss infarktın əlaməti ola bilər.
Eləcə də qollarda uyuşma, yanma, ağciyərlərdə tənəffüsün dəyişməsi də infarktı göstərir. Bəzən infarktı koronavirusla belə səhv salırlar.
Təcrübələr göstərir ki, infarktla xəstəxanaya yerləşdirilən vətəndaşların yarıdan çoxunda ağrıdan öncə və ağrı olmasa da mütləq sinədə yanma, istilik, qollarda uyuşma olub. Sadəcə buna diqqət yetirməyiblər.
Əgər döş qəfəsində istər ortada, istər soldA, istər öndə, arxada, istər çiyində sanki istilik,cüzi yanma hissi varsa, mütləq elə həmin gün ürəyinizi yoxladın. Bəzən ürəkdə ağrı olmadan da xəstə infarkt keçirə bilər”.
ŞƏRHLƏR