Bəzi insanlar var ki, yerli-yersiz yalanlar söyləyirlər. Hətta bunu gündəlik hala çevirirlər. Hər kəs bu insanları yalançı, fırıldaqçı kimi tanıyır.
Bu vəziyyətin psixoloji bir xəstəlik olduğunu bilirdinizmi?
Bu xəstəliyin adı mitomanidir. Onlar yalan danışmağa o qədər öyrəşirlər ki, bir çox hallarda yalan danışdıqlarını anlamırlar. Yəni mitomanisi olan insanlar yalan danışmaqla yanaşı dedikləri yalana inanma vəziyyətini də yaşayırlar. Heç vaxt baş verməmiş hadisələri sanki gerçəkmiş kimi danışırlar və buna ürəkdən inanırlar.
Mitomani sindromu olan bir adam bu vəziyyətdən xəbərsiz olur. Buna görə də xəstəliyi aşkar etmək çox çətindir.
Mitomaninin insanda necə göründüyünə dair bir çox psixoloji araşdırma aparılsa da, ən açıq səbəb özünə inamsızlıqdır.
İnsan sosial mühitində müəyyən bir statusa çatmaq üçün dəfələrlə yalan danışar və yalanın fərqində olmadan bu vəziyyətə alışa bilər.
Mitomani sindromlu insanların ən fərqli xüsusiyyətləri uydurduqları hekayələrdə özlərini qəhrəman kimi göstərmələridir. Bunu özlərinə inamsızlıqdan etdikləri üçün burada özlərini yeni səviyyəyə qaldırmağı hədəfləyirlər.
Mitomani sindromunda insan diqqət mərkəzində olmaq üçün əlindən gələni edir. Diqqət mərkəzinə çevrildikcə bu yalanlar silsiləsi davam edir və bu, asılılıq yaradır.
Mitomani sindromunun müalicəsində qəti nəticələr əldə etmək üçün psixoloji testlərdən istifadə edilməlidir.
Bir insanın mitomani sindromu olub olmadığını kənardan söyləmək çox çətindir. Buna görə də, şəxs mütləq mitomani sindromu üçün peşəkar dəstək və müalicə almalıdır.
ŞƏRHLƏR