ATV kanalında 16 illik aparıcılıq fəaliyyətinə son qoyaraq Xəzər Televiziyasında işə başlayan tanınmış aparıcı Afaq Gəncəli keçmiş iş yeri ilə vidalaşıb.
Afaq kitab kimi ömür yaşadığını dilə gətirib:
“16 il… Əlvida, “Azad Azərbaycan”. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi. Kitab kimi yaşayıram, hər səhifəmdə yolum, izim. Hər səhifədə bir missiyamı tamamladım. Amma hər səhifə sonuna bir xoşbəxt günəşlər əlavə etdim. Hər son bir başlanğıc, hər başlanğıc yeni bir səhifə, hər səhifə yeni bir ümiddir…”
Aparıcı ömür kitabını Xəzər TV ilə daha da maraqlı edəcəyi qənaətindədir:
“Üzü Xəzərə addımlayarkən həyat kitabıma yeni gözəlliklər əlavə edəcəyimdən əminəm. Günəşin su ilə qovuşduğu yerdə yeni hekayə başlayır. Mən və Xəzər – Su kimi gəlirik aydınlatmağa”.
Oxu24.com
ŞƏRHLƏR