Əfqanıstanda idarəçiliyi ələ keçirən "Taliban" rejiminin daxilində parçalanma yaşanır.
Oxu24.com xəbər verir ki, hakimiyyət uğrunda mübarizənin silahlı toqquşmaya keçdiyi deyilir. Belə ki, bir neçə gün öncə "Taliban" liderlərindən Molla Abdul Qəni Bəradərin tərəfdarları ilə "Haqqani" qruplaşması arasında atışma baş verdiyi, nəticədə Bəradərin öldürüldüyü iddia edilir.
Mövcud hökumətin tərkibi ilə razılaşmayan "Haqqani"lər Prezident sarayına hücum ediblər.
"Taliban" isə deyilənlərin yalan olduğunu, Molla Abdul Qəni Bəradərin hazırda Qəndahar şəhərində olduğunu açıqlayıb. Bunu sübut etmək üçün isə 15 dəqiqəlik səs yazısı təqdim edilib.
Oxu24.com
ŞƏRHLƏR