Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58029
az

“Paşinyan Ərdoğanla razılaşmağa hazırdır” - Petrosyandan şok iddia

19:2901 Sentyabr, 2021
1123
  • A

“Paşinyan Ərdoğan qarşısında güzəştə getməyə hazırdır”.

Bu iddia ilə erməni politoloq Vazgen Petrosyan çıxış edib.

Ekspert Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyədən Ermənistanla münasibətləri normallaşdırmağa dair müsbət siqnallar alması iddiasına münsibət bildirib.

“Ermənistan heç bir müsbət siqnal almır. İrəvan bununla güzəştə getməyə hazır olduğunu nümayiş etdirir”, - Vazgen Petrosyan deyib.

Onun sözlərinə görə, Türkiyə ilə əlaqələri bərpa etmək niyyətində olan hazırkı Ermənistan hakimiyyəti Ankaranın bütün şərtlərini qəbul etməyə də hazırdır.

Politoloq əminliyini bildirib ki, Türkiyə rəhbərliyi heç vaxt güzəştə getməyəcək və İrəvan yenə də uduzacaq.

Petrosyan Türkiyənin bölgədə güclənməyə davam edəcəyini də diqqətə çatdırıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə tarixi şansdan istifadə edərək, Ermənistana münasibətləri tədricən normallaşdırmağı təklif edib. Ərdoğan qeyd edib ki, İrəvan bölgədə sülhün bərqərar olması üçün müsbət addımlar atarsa, Türkiyə buna adekvat reaksiya verəcək. Onun sözlərinə görə, 2020-ci ilin payızında Qarabağ müharibəsindən sonra bu istiqamətdə irəliləyiş üçün yeni imkanlar yaradılıb.

Türkiyə başçısının açıqlamalarına cavab olaraq, Ermənistan Baş naziri Nikol Paşinyan bölgədə sülhün bərqərar olması kontekstində qonşu ölkənin rəhbərliyindən müsbət siqnallar aldığını bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Sülh sazişi imzalanacaq, Paşinyan Bakıya gedəcək” - SENSASİON AÇIQLAMA
Zelenskidən Fələstin AÇIQLAMASI:
Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

“Instagram”da bu  qadağan olunacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Göygöldə evlərdən oğurluq edən şəxs tutuldu