Pandemiya dövründə virusa yoluxma şübhəsi olanları yoluxanları nəzarətdə saxlamaq üçün ən çox istifadə olunan metod qanda oksigen miqdarının (saturasiya) ölçülməsidir.
OXU24.COM xəbər verir ki, pulsoksimetr qanın oksigenlə təmin olunmasını, yəni saturasiyanı təyin edə bilir.
Koronavirus əlamətlərini hiss edən, virusa yoluxub ev şəraitində müalicə olunanlar da artıq pulsoksimetr cihazından istifadə edirlər. Barmağa taxılan bu kiçik cihaz nəfəs çatışmazlığını təyin edə bilir. Bununla pnevmoniyanın inkişafının, ağrlaşmaların qarşısını almaq mümkündür.
Saturasiya 94-100 faiz arasında olanda normal sayılır. 94 faizdən aşağı göstərici nəfəsalmada, qanın oksigenlə təminatında problem olduğunu göstərir.
Qeyd edək ki, bu cihazlar apteklərdə satılır. Eyni zamanda mobil telefonlar, eləcə də “ağıllı saatlar”ın da pulsoksimetr funksiyaları var. Yəni cihaz olmadan da saturasiyanı təyin etmək mümkündür.
Kardicərrah, tibb elmləri doktoru Rəşad Mahmudov pulsoksimetriya barədə bir sıra tövsiyələr verib. Mütəxəssis pulsoksimetriya barədə ən çox səslənən sualları cavablandırıb.
Sual 1: Pulsoksimetriya cihazı nədir?
Cavab: Rəqəmsal texnologiyanın imkanları ilə qanımızda olan oksigen miqdarı (saturasiya) və nəbz haqqında məlumat verən cihazdır.
Covid xəstəsi olan hər kəs bundan xəbərdar olmalı və istifadə etməsi məsləhətdir.
Sual 2: Necə əldə edə bilərik?
Cavab: Evimizdə bunu təmin etmə yolları:
a) Mobil telefonlar
b) Apteklərdə satılan kiçik pulsoksimetr cihazı
Həkim vurğulayıb ki, qripə və ya COVİD-19 virusuna yoluxmuş insanlarda oksigen saturasiyanın ölçülməsi vacibdir: "Bəlkə də çoxunuzun telefonunda oksigen saturasiyası ölçmə proqramı var, amma bundan xəbərsizsiniz. Mən özüm telefondakı proqramdan istifadə edirəm və klinikada olan aparat ilə müqayisə etmişəm. Nəticə 99% eynidir".
Oxu24.com
ŞƏRHLƏR