Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57832
az

Əli Həsənovdan qızı ilə bağlı açıqlama

10:1526 Avqust, 2021
974
CƏMİYYƏT
  • A

Prezidenin sabiq köməkçisi Əli Həsənovun qızı Səfiyə Mehbalıyevanın (Həsənova) Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı işindən azad edilməsi haqda məlumat yayılıb. Ə. Həsənov sözügedən xəbərə münasibət bildirib.

Oxu24.com-un məlumatına görə, bu barədə Bakupost.az-a danışan Prezidenin sabiq köməkçisi bildirib ki, o, xaricdə təhsil almaq məqsədilə, öz ərizəsi əsasında işdən azad olunub:

"Mən hələ Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri olarkən qızım Səfiyə xaricdə təhsil almaq məqsədilə öz ərizəsi ilə işdən azad olunub və Londonda təhsil alır. Sadəcə olaraq akademiyanın saytı yenilənməyib deyə, onun adı indi götürülüb. Saytda onun indi işdən çıxarılmasının göstərilməsi texniki xətadır”.

Qeyd edək ki, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına 20 il Əli Həsənov rəhbərlik edib və qızını da həmin kafedranın müəllimi vəzifəsinə təyin edib.

Məlumat üçün bildirək ki, Əli Həsənovun qızı eyni zamanda Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin oğlu - Qaradağ rayon Polis İdarəsinin sabiq rəisi, polkovnik İsfəndiyar Mehbalıyevin həyat yoldaşıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məsciddə imam olmaq istəyənlər imtahandan kəsildilər -Cəmi 8 nəfər yetərli balı yığdı
Yeddinci sinif şagirdi vəfat edib – FOTO
Yenidən dünyaya gəlmək həvəsi -Sərvaz HÜSEYNOĞLU

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı