Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57815
az

Fotosu yayılan kimsəsiz kişi poliklinikaya yerləşdirildi

18:3325 Avqust, 2021
558
  • A

Sosial şəbəkələrdə Bakının Nəsimi rayonunda iri ticarət mərkəzlərindən birinin yaxınlığında, küçədə çətin şəraitdə yaşayan kişinin görüntüləri yayılıb.

OXU24.COM xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi həmin şəxslə bağlı açıqlama yayıb.

Bildirilib ki, qurumun müvafiq filialının əməkdaşları sözügedən ünvana gediblər:

“Məlum olub ki, həmin şəxs 1965-ci il təvəllüdlü Kamal Ələkbər oğlu Süleymanovdur. Onun sosial vəziyyətinin qiymətləndirilməsi aparılıb. İlkin söhbət zamanı hazırda ailəsi ilə əlaqəsi olmadığını, kimsəsiz vəziyyətdə olduğunu bildirib.

Müəyyən edilib ki, vətəndaşın sağlamlığı ilə bağlı ciddi problemlər var. Aidiyyəti qurumların əməkdaşlarının da iştirakı ilə Kamal Süleymanov 26 saylı Şəhər poliklinikasına yerləşdirilib.

Səhhəti imkan verərsə və özünün də razılığı olarsa, vətəndaşımız Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölümcül virusla mübarizədə yeni üsul tapıldı
Ayın ilk günü hava necə olacaq? -PRQONOZ
İtkin düşən gənc tapıldı

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü