Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57732
az

40 erməni zabitini məhv edən Elyar Vəliyev kimdir? - Xüsusi təyinatlı əfsanə

10:3721 Avqust, 2021
1636
HƏRBİ
  • A

44 günlük Vətən Müharibəsi zamanı torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canından keçmiş igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri Elyar Vəliyevdir. Canını Vətən uğrunda fəda edərək xalqımıza qələbə yaşadan cəsarətli oğullarımızdan biri olan Elyar Cəbrayıl, Hadrut, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarla yaddaşlarda qalıb.

Oxu24.com  "Vətən Müharibəsi Qəhrəmanı” ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatı təqdim edir:
 

Oktyabrın 17-də səngərdə oturanda qəfildən bir erməni əsgərinin qaçdığını görüblər. Elyar ayağa durub və deyib ki, "bu, mənim doğum günü sürprizimdir”. Həmin erməni əsgərin dalınca qaçıb. Bir az keçəndən sonra görüblər ki, üstü qanlı, əlində bıçaq və ratsiya ilə geri qayıdıb. Elyar Cəbrayıl döyüşləri zamanı 40 tapança təhvil vermişdi. Sıravi əsgərdə tapança olmur. Bu, o deməkdir ki, 40 zabiti öldürüb. Bir videosu var. Sonuncu döyüşündən əvvəl çəkilib. Orada deyir ki, ''erməni öldürməyəndə narahat oluram, gərək erməni öldürəm ki, əlimin gicişməsi dayansın''. 

Sonuncu döyüşü oktyabrın 19-u Şuşadan 14 kilometr aralıda, Qırmızı Bazar deyilən yerdə olub. Güllələri qurtarana qədər döyüşüblər. Elyarı müxtəlif istiqamətlərdə yaxın məsafələrə qumbara atanda ürəyindən vurublar. O, "Allahu-Əkbər” deyərək yerə yıxılıb”. Elyar son damla qanına kimi qəhrəmancasına vuruşaraq, torpaqlarımızın düşmən tapdağından azad edilməsinə nail oldu. Bu gün onun ruhu şaddır ki, uğrunda şəhid olduğu torpaqlarda üçrəngli şanlı Azərbaycan bayrağı qürurla dalğalanır...

Xidmət yoldaşları arasında "Allahsız canavar” ləqəbi ilə çağırılan cəsur döyüşçü ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına, "Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə" medalına layiq görülüb".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasına əlavə edildi
Xüsusi təyinatlılar təlimdə tapşırıqları icra ediblər - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Keçmiş məhkum quldurluq etdi