Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57631
az

Koronavirus keçirənlərin xərçəng riski barədə xəbərdarlıq edildi

20:4018 Avqust, 2021
625
CƏMİYYƏT
  • A

COVID-19-dan sağalan xəstələrdə ağciyər xərçəngi riski var.

OXU24.COM oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib.

O, koronavirus infeksiyasına yoluxanların əksəriyyətində (90 faizində) kəskin tənəffüs yolu xəstəliyinin simptomlarına sahib olduğunu söylədi.

"Ağciyərlər təsirlənmir və heç bir fibrozdan (ağciyərlərdə yara izlərinin əmələ gəlməsi) söhbət gedə bilməz", - deyə Myasnikov bildirib.

Bununla belə, həkimin sözlərinə görə, qalan insanlarda xəstəlik ağır keçir ki, bu da riskləri artırır. O, bildirib ki, nadir hallarda da olsa koronavirus keçirənlərin ağciyərlərində bəzən çapıq toxumasının əmələ gəlməsi prosesi müşahidə olunur.

"Ağciyər fibrozu ağciyər xərçəngi riskini 8-14 dəfə artırır", - deyə mütəxəssis vurğulayıb

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi
Yolda bu xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnir - VİDEO