Əməkdar artist Nigar Şabanova koronavirusa yoluxub.
OXU24.COM "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə o, instaqram hesabında bildirib.
"COVID məndən də yan keçmədi. Dostlar, özünüzü qoruyun. Çox ağırdı, olduqca ağırdı, insanın nəfəsi dayanır, ağrılarına dözmək də bir ayrı çətindi", - o yazıb.
İfaçı hansı tibb müəssisəsində müalicə olunduğunu qeyd etməyib.
Qeyd edək ki, bir müddət əvvəl N. Şabanovanın hər iki valideyni koronavirus keçirmişdi.
Oxu24.com
ŞƏRHLƏR