Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57411
az

Ermənilər Naxçıvanı buna görə atəşə tuturmuş  -  ŞOK  DETALLAR ÜZƏ ÇIXDI

11:0510 Avqust, 2021
2965
ÖZƏL BÖLÜM
  • A

“Son günlər Ermənistan silahlı qüvvələrinin məhz Naxçıvanı hədəf seçərək atəşkəsi bu istiqamətdə pozmasının əsas səbəblərindən biri Türkiyəni münaqişəyə cəlb etməkdir”. 

APA TV xəbər verir ki, bunu siyasi şərhçi Əziz Əlibəyli son günlər Naxçıvan istiqamətində atəşkəsin tez-tez pozulmasına münasibət bildirərkən deyib:

”Türkiyənin müharibəyə cəlb edilməsi ilə yanaşı, eyni zamanda KTMT-nin, Rusiya başda olmaqla Ermənistanın digər hərbi müttəfiqlərinin də bölgəyə cəlb etmək niyyəti güdür. Və faktiki olaraq Paşinyan bu məsələlərdə bir neçə ciddi nüansları əsas götürür. Birinci növbədə Ermənistan cəmiyyətinə göstərmək istəyir ki, uzun illər onlara müttəfiq olan Rusiya artıq onları müdafiə eləmir. İkincisi belə bir zərurəti ortaya qoymağa çalışır ki, mütləq bizim öz müttəfiqlərimiz ya Fransa, ya da ABŞ Qafqaza daxil olmalıdır”. 

Əziz Əlibəylinin sözlərinə görə, atəşkəsin pozulduğu Sədərək və Heydərabad yaşayış məntəqələri strateji baxımdan Azərbaycan üçün olduqca önəmli mövqelərdi. 
Çünki Azərbaycanı Türkiyə ilə birləşdirəcək quru yolu və kommunikasiya xətləri məhz bu bölgədən keçəcək.

Hərbi ekspert Ədalət Verdiyev də Ermənistanın son günlər Sədərək və Heydərabad yaşayış məntəqələrini atəşə tutmasının əsas məqsədinin,  KTMT-dən gözlədiyi dəstəyi ala bilməməsi və üçüncü ölkələrdən Ermənistanın sərhədini qorumaq üçün hərbi dəstəyə ehtiyacı olmasını göstərməkdir: ”Rusiya sülhməramlılarının işini də kölgə altına alan Ermənistan hökuməti, bu məsələdə onu dəstəkləyən bəyanatlar verən, Fransa və Amerikadan proseslərə cəlb olunmasını gözləyir. Lakin ortaq maraqları olmayan, iki rəqib qütbdə dayanan qlobal gücün, cırtdan ölkə Ermənistan üçün birgə fəaliyyətə imza atması mümkün görünmür”.

Ekspert deyir ki, Ermənistan ordusunun atəşkəsi pozub, təkrar müharibəni  alovlandırmaq kimi nə bir məqsədi, nə də bir potensialı var. Çünki bu baş verərsə, Ermənistan ordusu üçün birdəfəlik ihtihara çevriləcək.

Qeyd edək ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ADNA-da terror aktı törədilməsindən 15 il ötür
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Gəncədə məktəbli bıçaqlanıb