Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57286
az

Rus əsgərləri Azərbaycan sərhədlərinə YERİDİLİR? - Rusiyadan SON DƏQİQƏ AÇIQLAMASI

19:4405 Avqust, 2021
717
CƏMİYYƏT
  • A

“Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiya olunmasının və tez bir zamanda bu işə başlanmasının tərəfdarıdır”.

OXU24.COM APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov bu gün keçirdiyi brifinqdə Ermənistan baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədi boyu Rusiya sülhməramlılarının yerləşdirilməsinin təklifinə münasibət bildirərkən deyib.

"Ümumilikdə, sərhəd postlarının qurulması Rusiya Federal Təhlükəsizlik Xidmətinin səlahiyyətində olan məsələdir. Amma biz də öz tərəfimizdən deyə bilərik ki, Rusiya bu mövzuya böyük diqqət yetirir, sərhədyanı mübahisənin nizamlanmasına istiqamətlənən aktiv vasitəçilik səyləri göstərir. Sərhədçilərin sərhəd boyu yerləşdirilməsinin həyata keçirilməsinin problemlərindən biri sərhədlərin beynəlxalq-hüquqi formalaşmasının olmamasıdır. Hesab edirik ki, sərhəddə dayanıqlı deeskalasiyanı yalnız Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiya işinə təxirə salınmadan başlanılması prosesi təmin edə bilər. Rusiya bu prosesə tezliklə başlanmasının tərəfdarıdır”, - deyə rusiyalı diplomat qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabahdan bu yol bağlı olacaq
Məsciddə imam olmaq istəyənlər imtahandan kəsildilər -Cəmi 8 nəfər yetərli balı yığdı
Əli Əsədov daha bir qərar imzaladı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı