Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57089
az

Allahdan qorxmaq lazımdırmı?

23:2029 İyul, 2021
654
CƏMİYYƏT
  • A

Müqəddəs Quran bəzən xofdan söz açır, bəzən də xəşiyyətdən. Bunların fərqi nədədir?

Xof - ümumi mənaya malik olub, bütün insanlara şamil edilir. Ancaq xəşiyyət xüsusi mənada işlənir və Quranın təfsirinə əsasən, elə bir haldır ki, ancaq həqiqi alimlər və ariflər bu məqama çatarlar.

Onlar xəşiyyət sayəsində Allahın cəlal və əzəmətini daha yaxşı dərk edərlər. Hər kimin Allahın cəlal və əzəmətinə mərifəti olar - o, Allah qarşısında daha müti və itaətkar olar.

Xəşiyyət sifəti onların üzlərindən aydın görünər. Allah qarşısında nəinki qəbləri müti olar, onun təsirlərini üzlərindəki nurdan daha aydın görmək olar. Onlar Allah qarşısında dayanan zaman titrəyərlər. Bu sifətləri bütün Məsumlarda (ə) müşahidə etmək olar.

Hər kimin təqvası olar - o, həm xofa və həm də xəşiyyətə malik olar. Allahın əzəmətini dərk etdiyi üçün İlahi göstərişlərə əməl etmək və Allahı qəzəbləndirən əməllərdən çəkinmək üçün səy göstərər.

Məsumlar (ə) buyurur: "Allahım, mən Səndən Sənə pənah aparıram". Yəni, mən Sənin cəlalından Sənin camalına pənah aparıram. Sənin qəzəbindən qorxuram. Allah bu cür təqvalı insanlar barəsində buyurur: "(Ya Peyğəmbər! Onlara de: Tövhid və İslam vasitəsi ilə Allahın əzabından) Allaha tərəf qaçsınlar". ("Zariyat" 50).

Bu ayə buyurur ki, Allahdan başqa hər şeyin qorxulu olduğunu qəbul etmək lazımdır. Yəni, insan hər bir şeydən Allaha pənah aparmalıdır. İnsanın gərək Allahdan başqa hər şeyə qarşı xofu olsun. Allahın daima pənahgahı olan Allahın Özündən də qorxmaq lazımdır. Onun qəzəbindən məhz Onun Özünə pənah aparmaq lazımdır. Çünki Allahdan savayı heç bir pənah yeri yoxdur. Heç kəsin Allahın pənahı kimi güclü pənahı yoxdur.

İnsan gərək Allahın qəzəb sifətindən Onun cəmal və rəhmət sifətinə pənah aparsın. Pənahda qərar tutmaq üçün isə insanın mütləq təqvası olmalıdır.

Beləliklə deyə bilərik ki, xof və xəşiyyət - hər ikisi qorxuya aid olan sözlərdir. Xof sözü bütün insanlara aiddir. Xəşiyyət isə Allahın xüsusi bəndələrinə aiddir. İnsan Allahdan ona görə qorxmalıdır ki, təqvaya və saleh əmələ malik olaraq, Onun rəhmət məqamında qərar tutsun və cəmal məqama pənah aparsın. (Həvzəh)

"Onlar başlarının üstündə onlara hakim olan Rəbblərindən qorxur və əmr olunduqları şeyi yerinə yetirirlər". ("Nəhl" 50).

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı