Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Çöl Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Nəsibov Tacir Əhliman oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil həmin yolda hərəkətdə olarkən iritutumlu "Mercedes" markalı yük maşınına çırpılıb.
Nəticədə "VAZ-2107" markalı avtomobilin sürücüsü hadisə yerindəcə dünyasını dəyişib.
Minik avtomobilinin sərnişinləri - Quliyev Şöhrət Fikrət oğlu və Nəsibli Cavanşir Tacir oğlu müxtəlif dərəcəli bədən xəsarət alaraq, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR