Xalq artisti Murad Adıgözəlzadənin qızı Məryəmin toyu olub.
OXU24.COM axşam.az-a istinadən xəbər verir ki, məclis dünən baş tutub. Məryəm Maksim adlı şəxslə ailə qurub.
Cütlüyün toyundan fotoları aparıcı Hacı Nuran Hüseynov paylaşıb.
Qeyd edək ki, Məryəm M.Adıgözəlzadənin ilk nikahdan olan qızıdır. Pianoçu ikinci dəfə "Eurovision" təmsilçisi Aysel Teymurzadə ilə ailə qurub. Cütlüyün üç övladı var.
M.Adıgözəlzadə Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktorudur.
Oxu24.com
ŞƏRHLƏR