Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56983
az

Görməsi zəifləyənlər üçün - 20 qəpiklik RESEPTLƏR

00:1926 İyul, 2021
1922
CƏMİYYƏT
  • A

Oftalmoloqlar görmə qabiliyyətini yaxşılaşdırmaq və görmə itiliyini artırmaq üçün müalicəvi gimnastika vasitələri məsləhət görüblər.

OXU24.COM  Herba Flora jurnalına istinadən xəbər verir ki, bunun üçün təzə yığılmış keşniş xırda doğranır və gündə 1-2 dəfə 10-20 dəqiqə gözlərin üzərinə qoyulub saxlanır.
Əgər bunu etməyə imkan yoxdursa, onda 2 xörək qaşığı itburnu meyvələri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 3-5 dəqiqə saxlanır, soyudulub süzüldükdən sonra səhər və axşam 1/2 stəkan içilir.

Və yaxud 2 çay qaşığı qaragilə yarpaqları üzərinə 1 stəkan qaynar su əlavə edilərək 1 saat dəmlənir, süzüldükdən sonra gündə iki dəfə 1/2 stəkan içilir.

Buxara verilmiş at turşəngi, rəndələnmiş alma və qabığı soyulmuş xiyarın 1:1:1 nisbətlərində qarışdıraraq gözlərin üzərinə qoyulması da görmə qabiliyyətini yaxşılaşdırır.

Yetişmə mərhələsində olan yerkökünün yaşıl hissəsi təzə halda yeyildikdə və ya salatlara qatıldıqda gözün görmə qabiliyyətini yaxşılaşdırır. Həmin yaşıl hissələri qurudaraq ədviyyat kimi də istifadə etmək olar.

Yaxındangörmə zamanı qurudulub üyüdülmüş yemişan meyvələri 1:1 nisbətində balla qarışdırılaraq gündə 3 xörək qaşığı qəbul edilir.

Qaragilə, quşüzümü, soğan, sarımsaq, badam, qara gilas, cəfəri, xiyar, şüyüd, kök, çuğundur və kərəviz kimi meyvə və tərəvəzlər görmə qabiliyyətini yaxşılaşdırır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ayın ilk günü hava necə olacaq? -PRQONOZ
İtkin düşən gənc tapıldı
Gəncədə ağır qəza: ölən var

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü