Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5696
az

Nazir, deputat, biznesmen – Məmur kürəkənləri nə işlə məşğuldur?

16:4501 Oktyabr, 2018
1099
SİYASƏT
  • A
 Azərbaycanda yüksək vəzifələr tutan məmurların övladları ilə bağlı məlumatlara tez-tez rast gəlsək də, onların kürəkənləri ilə bağlı informasiyalara nadir hallarda təsadüf edirik.

AZXEBER.COM yüksək vəzifə daşıyan məmurların kürəkənləri ilə bağlı kiçik araşdırma aparıb.

Mərkəzi Bankın sədri Elman Rüstəmovun kürəkəni Cuma Əhmədzadə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ölkəmizdə və xaricdə bir sıra şirkətlərə sahib olan C.Əhmədzadə "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin oğludur.

Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanovun kürəkəni Vergilər naziri Mikayıl Cabbarovdur. Bir müddət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri işləyən K.İmanovun nazir kürəkəni son təyinata qədər Təhsil naziri postunu tutub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin kürəkəni Emin Eyvazov Prezident Adminstrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiridir. O, bu vəzifəyə üç il öncə təyin olunub.

Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin kürəkəni əcnəbidir. Danimarka vətəndaşı olan Ulrik Birk-Petersen ailəsi ilə birgə Kopenhagen şəhərində yaşayır. M.Abbaszadənin qızı Nərgiz Petersen isə Avropada lobbiçilik fəaliyyətlə məşğuldur.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin kürəkəni Ağahüseyn Salahzadə Milli Məclisin sabiq deputatı Hacı Qalibin oğludur. Bir müddət qabaq onun qardaşı Əlihüseyn Salahzadə qaz pulu yığanı döyməkdə təqsirli bilinərək həbs edilib.

Gəncə şəhər Icra Hakimiyyətinin başçısı Niyazi Bayramovun kürəkəni "Baku Grand Prix" şirkətinin rəhbəri Arif Rəhimovdur. Gənclər və İdman naziri Azad Rəhimovun oğlu olan A.Rəhimov paytaxtda keçirilən "Formula-1″in "Qran Pri" yarışının təşkilatçısıdır.

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun kürəkəni hazırda tələbədir. Paytaxtdakı ali məktəblərdən birində təhsil alan Pərviz Axundov Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Kamal Axundovun oğludur.

Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri, YAP icra katibinin müavini Səyavuş Novruzov Azərbaycan Çindəki keçmiş səfiri, Milli Məclisin sabiq sədr müavini Yaşar Əliyevin kürəkənidir.

Azərbaycan Qol Federassiyasının və "Garant” Holdinqin prezidenti Anar Məmmədov sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədovun qızı ilə ailəlidir. Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun oğlu olan Anar Məmmədovun hazırda Avropada olduğu və burada bizneslə məşğul olduğu deyilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"COP29-un maliyyə sammitinə çevriləcəyinə inanıram"- Şahbaz Şərif (VİDEO)
Lənkəran İcra Hakimiyyətində yeni təyinatlar olub
Bu şəhərdə hamı İlham Əliyevə səs verib

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı