Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56843
az

Bakıda dəhşətli qəzadan video yayıldı

23:1521 İyul, 2021
4096
OXU24 TV
  • A

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsini törədən sürücü ərazidən qaçıb.

APA TV xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində baş verib.

Sürücüsü hələ ki məlum olmayan “Jeep” markalı avtomobil yol kənarında dayanan və Kəmaləddin Ağayevə məxsus “Mercedes” və Firdovsi Məmmədova məxsus “Hyundai” markalı avtomobillərə çırpılıb.

Zərbənin gücündən avtomobillər “Range Rover” və “Mercedes” markalı yük maşınına çırpılıb. Qəzaya səbəb olan “Jeep” markalı avtomaşının sürücüsü hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Yolda sıxlıq yaranıb.

Polislər nəqliyyatın hərəkətini tənzimləyib. Avtotexniki ekspertiza təyin edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı