Azərbaycan müstəqillik əldə etdikdən Baş prokuror postuna 6 dəfə dəyişiklik edilib.
Femida.az indiyədək Azərbaycanın Baş prokurour postuna yiyələnmiş şəxsləri təqdim edir:
Müstəqil Azərbaycanın ilk Baş prokuroru İsmət Qayıbov olub. O 23 yanvar 1990-ci ildə bu posta təyinat alıb. İxtisasca hüquqşünas olan Qayıbov cəmi bir il vəzifədə qala bilib. İsmət Qayıbov 1991-ci il noyabr ayının 20-də Qarabağda Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ağdam rayonunun Mərzili kəndi ərazisində bir sıra digər dövlət xadimi ilə birlikdə içərisində olduğu "Mi-8" vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub. Mərhum Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ikinci Baş prokuroru Murad Babayev olub. İsmət Qayıbovun faciəli ölümündən sonra Baş prokuror postuna təyinat alan M.Babayev də vəzifədə çox qala bilməyib. Babayev cəmi bir illik fəaliyyətdən sonra 1992-ci ildə vəzifədən gedib. M.Babayev bu ilin yanvar ayında ürək tutmasında vəfat edib.
Daha sonra bu postda İxtiyar Şirinov təyin olunub. 1992-ci ildə vəzifəyə gələn İ.Şirinov da bir ildən sonra kreslosunu Əli Ömərova təhvil verməli olub. Baş prokuror vəzifəsində Əli Ömərovun da fəaliyyəti uzun sürməyib.
Azərbaycanın ən bəlalı günlərdində vəzifə tutan Ömərov 1993-cü ildə Baş prokuror təyin olunub, 1994-cü ildə vəzifədən çıxarılıb. O, hazırda işsizdir.
Əli Ömərovun gedişi ilə bu posta Eldar Həsənov təyinat alıb. 1995-ci ildə fəaliyyətə başlayan Eldar Həsənov 2000-ci ildə Baş prokuror vəzifəsilə vidalaşıb.
Azərbaycanın hazırkı Baş prokuroru Zakir Qaralovdur. O, 25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokurorudur. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. 26 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə, 29 sentyabr 2006-cı ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Oxu24.com
ŞƏRHLƏR