Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56787
az

TELEFONDA BU HALLAR BAŞ VERİRSƏ,DEMƏLİ DANIŞIĞINIZ GİZLİ DİNLƏNİLİR 

23:1620 İyul, 2021
5463
MARAQLI
  • A

Son günlər dünyada sosial medianın, xüsusən “Tvitter” və “Facebook” seqmentinin ən çox müzakirə etdiyi mövzu müxtəlif ölkələrdə və beynəlxalq media qurumlarında çalışan bir çox insanların telefonlarının İsrailin NSO Group şirkətinin hazırladığı casus proqramına yoluxdurulması məsələsidir. 

Oxu24.com  xəbər  verir  ki, bu haqda OCCRP beynəlxalq araşdırmaçı jurnalistlər konsorsiumu iddia irəli sürüb. İddiaya görə, media rəhbərlərinin, jurnalistlərin, ictimai xadimlərin, sosial media aktivistlərinin telefonları İsrailin NSO Group şirkətinin hazırladığı “Pegasus” adlı casus proqramına yoluxdurulub və həmin şəxslərin bütün mesajlarına, danışıqlarına, hərəkət trayektoriyalarına nəzarət edilib.

İddianın bir qismi də Azərbaycanla bağlıdır. Belə ki, deyilənə görə, izlənilən 50 min nömrə arasında 1000 nömrə də Azərbaycana aiddir. Niyə deyilənə görə? Çünki hələlik cəmi 50-yə qədər ad açıqlanıb. Açıqlanan adların arasında xeyli tanınmış media rəhbərləri, ictimai fəallar,  aktivistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri var.

İddia olunan siyahıda xüsusi radikallığı, çağırışları ilə tanınan, hakimiyyətə qarşı daim və tam inkarçı mövqedə dayananlardan cəmi 2-3 nəfər var. Əksər adlar hökumətə loyallığı ilə bilinən, müstəqil mövqeyi olan şəxslər, hətta hakimiyyətin siyasi kursunu birmənalı dəstəklədiyini dəfələrlə publik olaraq söyləyənlərdir. Ona görə də siyahı və iddialar müəyyən suallar doğurur. 

Birinci sual:  OCCRP əməkdaşları məhz açıqladıqları şəxslərin telefonlarının yoluxdurulduğunu necə müəyyən ediblər?  Mənbə haradır? İndiyə qədərki məqalələrdə və OCCRP əməkdaşlarının “qurban” adlandırdıqları şəxslərə göndərilən individual mesajlarda məlumatın əldə olunması haqqında “adlar sızdırılıb” ifadəsindən başqa heç bir informasiya yoxdur. Bu isə özü özlüyündə şübhələri artırır. Çünki kifayət qədər məşhur və ictimai açıq şəxslərin telefon nömrələrini bir yerə toplamaq çox asan işdir.

İkinci sual: OCCRP-nin məlumatı əldə etməsi üçün mümkün yollar haker hücumu ilə NSO-nun serverlərindən birini ələ keçirtmək ola bilər. Razılaşaq ki, onmilyonlarla dəyəri olan casus proqramı yazan şirkətin serverlərinin təhlükəsizliyi bu qədər asan şübhə altına alınmamalıdır. Həm də məlumatların bu cür əldə edilməsinin özü də elə telefonların yoluxdurulması qədər ağır cinayətdir.

İkinci yol, NSO-nun data məlumatlarına əli çatan əməkdaşlarından biri ilə əməkdaşlıq etmək və bu məlumatları əldə etməkdir. Açığı, o cür şirkətlərdə kadr sirlərinə çatmaq da çox asan olmamalıdır.

Üçüncü yol isə xüsusi məqsədlə xarici xüsusi xidmət güclərinin müəyyən əsaslara söykənərək, belə konyuktur siyahıları dövriyyəyə buraxmasıdır. Bu, artıq o qədər də şübhəli və əlçatmaz görünmür. O zaman sual ortaya çıxır. Hansı məqsədlə edilir?

Ətraflı videonu təqdim edirik:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı
Çin alimlərinin kəşfi
90% kişilərin şəhadət barmağında görünən çapığın sirri -Ajiotajın səbəbi tapıldı

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO