Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56225
az

Rusiya Ukraynanı ACINDAN ÖLDÜRMƏK İSTƏYİR? - Kremlin növbəti HƏMLƏSİ...

21:0206 İyul, 2021
1464
SİYASƏT
  • A

Rusiya hökuməti Ukraynadan gətirilməsi yasaqlanan məhsulların siyahısını artırıb. Artıq Ukrayna şəkərini, makaron məmulatlarını, yağsızlaşdırılmamış kakao pastasını, bəzi qarğıdalı və taxıl məhsullarını, müslini, ketçup və mayonezləri, hazır şorbaları, bulyonları, dondurmanı, meyvə şirələrini Rusiyaya gətirmək olmaz.

Qadağan olunmuş mallar arasında arpa, palma yağı, hazır və ya konservləşdirilmiş ət və dəniz məhsulları, qarğıdalı nişastası, jmıx və digər mal-qara yemi, meşə materialları da var. Rusiya mətbuatının yazdığına görə, Rusiya ilə Ukrayna arasındakı iqtisadi münasibətlər 2015-ci ildə, Kiyev MDB çərçivəsində azad ticarəti ləğv etdikdən və Rusiya mallarına embarqo qoyduqdan sonra pisləşməyə başlayıb. Ondan sonra sanksiya siyahısı dəfələrlə genişləndirilib. Moskvanın cavabı bəzi Ukrayna mallarına qadağa qoyulması ilə yanaşı, Rusiya ərazisindən tranziti də məhdudlaşdırıb. Rusiya qadağaları Kiyev adekvat addımlar atdıqdan sonra aradan qaldıracağını bildirib.

Politoloq Əhəd Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, Rusiya daim bir sıra ölkələrə qarşı belə sanksiyalar tətbiq edir. O qeyd edib ki, Rusiyanın budəfəki hərəkəti bir az ironik vəziyyət yaradır:

"Bilirsiniz ki, Rusiya qida ilə bağlı bir sıra ölkələrə qarşı da belə bir addım atıb. Bu dəfə isə Ukraynaya qarşı tətbiq elədi. Düşünmürəm ki, Rusiyanın bu addımı Ukraynanın iqtisadiyyatına ciddi təsir edəcək. Çünki Ukrayna Avropa bazarlarında öz məhsullarını təmin edə bilir. Əgər Rusiyadan sonra Avropa da Ukraynaya öz bazarlarını bağlayarsa, o zaman bu, onun iqtisadiyyatına zərbə ola bilər. Amma bu situasiyada Ukraynanın elə də ciddi ziyan görəcəyini düşünmürəm".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avropa İttifaqı, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
Zaxarovadan AÇIQLAMA: Ermənistansız da...
Tbilisidə polis kütləvi həbslərə başladı

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...