Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56051
az

Azərbaycanda bu kartların verilməsi dayandırılır - Artıq şəxsiyyət vəsiqəsi ilə…

19:3801 İyul, 2021
660
CƏMİYYƏT
  • A

Yaxın gələcəkdə Azərbaycanda elektron sağlamlıq kartlarının verilməsi dayandırılacaq.

OXU24.COM xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən APA-ya bildirilib.

Mərkəzdən qeyd olunub ki, artıq vətəndaşlara aid sağlamlıq haqqında və digər məlumatlar onların şəxsiyyət vəsiqələrinə inteqrasiya olunacaq.

"Beləliklə, Səhiyyə Nazirliyinə kartların alınıb-paylanması ilə bağlı vəsait verilməyəcək, bu proses artıq dayandırılıb.

Hazırda az sayda elektron sağlamlıq kartı qalıb ki, onların da paylanılması bitmək üzrədir", - deyə Mərkəzdən qeyd ediblər.

Diabet və tibbi müayinə keçirən xəstələrə gəldikdə, Mərkəzdən bildirilib ki, bu kateqoriyalardan olan pasiyentlər barədə zəruri məlumatlar onların şəxsiyyət vəsiqəsinin FIN kodu əsasında sistemdə öz əksini tapacaq.

Qeyd edək ki, bu günədək Mərkəz tərəfindən ölkə üzrə yeni doğulan körpələrin valideynlərinə 1,4 milyondan çox e-sağlamlıq kartları verilib.

Bununla yanaşı, diabet xəstələrinə 112 mindən, tibbi müayinə keçirən xəstələrə isə 3,5 mindən çox kart verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Elgizlə izlə"nin yeni aparıcısı o oldu -FOTO
İyuİyunun 30-da keçirilən test imtahanının nəticələri açıqlandı
Qeyri-çimərlik ərazilərdən istifadə edənlərə çağırış -VİDEO

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bakıda qadın həkimi şantaj edib 42 minini alıblar