Xalq artisti Ağadadaş Ağayev Türkiyədən qayıtdıqdan sonra ilk dəfə "Günün sədası” proqramına qonaq olub.
Veriliş zamanı A.Ağayev səhhətilə bağlı yaşadığı problemlərdən danışıb: "Xalqımızı mən çox sevirdim.
Amma başıma gələnlərdən sonra onların mənə necə dəstək olduqlarını görüb daha çox sevməyə başladım.
Artıq musiqi fəaliyyətimdə aktiv olacam. Çünki bu yaşama şansını Allah mənə verdi. Xəstəliyimi bilən kimi özümü Allah tapşırdım. Çünki Allah mənə 65 il şans verib, çox yaxşı yaşamışam.
Millətimin, xalqımın qarşısında dürüst olmuşam. İnsan xəstəliyə qalib gəldikdən sonra sonra dünyaya fərqli yanaşır. 4 dəfə əməliyyata girdim.
Başa düşdüm ki, insan qədər Allahın sevdiyi ikinci varlıq yoxdur. Həyatımda ilk dəfə ölkəmdən uzaq düşdüm. Ayrı qaldım. İnsanlar mənə zəng edirdi, orqanlarını bağışlamaq istədiklərini bildirirdilər”.
A.Ağayev Türkiyəyə səfərləri zamanı orada öz evində qalırdı. Proqram zamanı sənətçi həmin evin başqa insan tərəfindən satıldığını bildirib: "Həmin evimi satıblar, pulunu isə yeyiblər. Halal xoşları olsun. İndi başqa yeni və kiçik evimiz var. Hava limanına yaxın ərazidə yerləşir”.
Oxu24.com
ŞƏRHLƏR