Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56042
az

DİN SİLSİLƏ ƏMƏLİYYATLAR KEÇİRDİ: silahlı şəxslər tutuldu +VİDEO

10:3101 İyul, 2021
1257
OXU24 TV
  • A

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, eləcə də, qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində növbəti silsilə əməliyyatlar həyata keçirilib.

Oxu24.com-a bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Baş İdarənin əməkdaşları əvvəlcə üzərində qanunsuz olaraq silah-sursat saxlayan, paytaxt sakini, əvvəllər məhkum olunmuş Söhrab Əhmədzadəni Suraxanı rayonu ərazisində saxlayıblar. Onun üzərinə baxış zamanı 1 ədəd “Beretta” markalı tapança, 1 ədəd həmin silaha aid sandıqca və 4 ədəd patron aşkar olunub.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə qanunsuz olaraq üzərlərində və yaşadıqları evlərdə odlu silah-sursat saxlayan 4 nəfər saxlanlılıb. Əməliyyat zamanı Rəşid Behbudov, Şöhrət Zeynalov, Həsən Qeybəliyev və əvvəllər Cinayət Məcəlləsinin 120.1 və 221.1 ci maddələri ilə məhkum olunmuş Fuad Məmmədov saxlanılıb. Bu şəxslərdən 2 ədəd “TT” markalı tapança, 3 ədəd sandıqça, 3 ədəd əl qumbarası, 1 ədəd “Sayqa” markalı avtomat silah, 1 ədəd avtomat darağı, 1 ədəd ov tüfəngi və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində həyata keçirilən növbəti əməliyyat tədbiri zamanı isə Xızı rayonu, Giləzi qəsəbə sakini əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Azər Rəhimov saxlanılıb. Onun Giləzi qəsəbəsində yaşadığı evin həyətindən aqrotexniki qaydada əkib-becərdiyi ümumi çəkisi 448 kiloqram olan 301 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində satmaq məqsədi ilə əkdiyini bildirib.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini Ülvi Məmmədov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən satış üçün nəzərdə tutularaq qablaşdırılan 157 büküm narkotik vasitə olan qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi aşkar edilib. Araşdırma və təyin edilən ekspertizalar zamanı müəyyən olunub ki, Ülvi Məmmədovdan aşkar olunan narkotik vasitələrin bir qismi insan orqanizmi üçün olduqca təhlükəli hesab edilən “Psilosibin” göbələklər qrupuna aiddir.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail qüvvələri TRT komandasına hücum edib
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı