Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5600
az

İrəvanı QORXUYA SALAN ADDIM, Azərbaycan Ordusu Zəngəzura gedən YOLLARI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

23:0427 Sentyabr, 2018
2440
SİYASƏT
  • A
Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər edib. IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub. Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşü keçirilib. BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində Ermənistanın baş nazirinin bəyanatına cavab haqqından istifadə edən Azərbaycan nümayəndə heyəti bəyanat yayıb. İran Prezidenti Həsən Ruhani ABŞ-ın yürütdüyü siyasətlə özünü dünyadan təcrid etdiyini bildirib.
Bu gün Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər edib. Rusiya liderinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü olub. Sonra prezidentlər çay süfrəsi arxasında söhbəti davam etdirdilər.
Sentyabrın 27-də Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə iştirak ediblər.
Nyu-Yorkda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşü keçirilib.
Görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.
"Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi aparıldı. Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq".
Bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə 26 sentyabr tarixində Nyu-Yorkda keçirilmiş görüşü ilə bağlı KİV-in sorğularına cavab olaraq bildirib.
BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində Ermənistanın baş nazirinin bəyanatına cavab haqqından istifadə edən Azərbaycan nümayəndə heyəti bəyanat yayıb.
“Biz dünən Ermənistanın baş naziri tərəfindən ümumi müzakirədə edilmiş bəyanata cavab vermək üçün çıxış istədik.
İlkin təəssürat ondan ibarətdir ki, natiq özünün adlandırdığı “Məxməri inqilab”ın hələ də təsiri altındadır və populist, olduqca ziddiyyətli ritorikadan çıxış edərək BMT Baş Assambleyasını Gümrü və Yerevan küçələri ilə səhv salıb.
 
Azərbaycanın BMT-dəki nümayəndə heyətindən Paşinyana CAVAB
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən 301 mm-lik “Polonez” əməliyyat-taktiki raket komplekslərinin növbəti partiyası ölkəmizə gətirilib.
 
Azərbaycandan İrəvanı QORXUYA SALAN ADDIM: “Polonez” raketləri... - FOTO/VİDEO
Ermənistan xüsusi təyinatlı kəşfiyyat-diversiya dəstəsinin banisi Vova Vartanov Azərbaycan Ordusunun Naxçıvan istiqamətində neytral ərazi üzrə irəlilədiyini açıqlayıb. “İravunk” qəzetində müsahibəsində erməni kəşfiyyatçı Azərbaycan Ordusunun cəbhədə vəziyyətə nəzarət etdiyini, yavaş-yavaş irəlilədiyini etiraf edib.
 
Ordumuz bu əraziləri AZAD ETDİ - İrəvanın sirlərini açan erməni kəşfiyyatçıdan SENSASİYALI SÖZLƏR
Ermənistanla “dqr” arasında “hərbi-siyasi müttəfiqlik” müqaviləsinin bağlanması məsələsi Ermənistan Təhlükəsizlik Şurasında qaldırılıb və biz Ermənistandakı həmkarlarımızdan cavab gözləyirik. Bunu Qarabağ separatçılarının rəhbəri Bako Saakyan deyib.
“Bir neçə il əvvəl bu istiqamətdə müəyyən işlər görülüb və bu sənəd Ermənistandakı həmkarlarımız tərəfindən hazırlanıb. Bu məsələ Ermənistanın yeni rəhbərliyinin bir müddət öncəki səfərlərində də müzakirə edilib”, – deyə o bildirib.
Qeyd edək ki, Ermənistan ordusunun 60 faizinin Qarabağda yerləşdirildiyi haqda məlumatlar var. Azərbaycanın işğal altına saxlanan 13 rayonunda yalnız Ermənistan ordusunun əsgərləri yerləşdirilib. Qarabağın erməni əhalisinin 65 min olduğunu nəzərə alsaq, separatçıların silahlı dəstəsinin həcmini təsəvvür etmək çətin olmaz.
Ermənistanda diplomatik pasportdan məhrum edilən 254 vətəndaşın adı açıqlanıb. Robert Koçaryan, həyat yoldaşı Bella Koçaryan, oğulları Sedrak və Levon, ikincinin həyat yoldaşı müğənni Siruşo, qızı Qayane, nəvələri Bella, Ani, Emma, David Mikael də diplomatik pasportsuz qalıblar.
Hətta Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyanın da bu üstünlükdən məhrum edildiyi də vurğulanıb.
Diplomatik pasportdan məhrum edilənlərin siyahısında Sej Sarqsyan, onun həyat yoldaşı Rita Sarqsyan, qızı, qardaşı Aleksandr Sarqsyan, keçmiş xarici işlər naziri Edvard Nalbandyan, “Taşir qrupu”nun sahibi Samvel Karapetyan, keçmiş müdafiə naziri Seyran Ohanyan, oliqarx Qaqik Tsarukyanın ailəsi də var.
Çin və Türkiyə kimi ölkələrə qarşı tətbiq olunan sanksiyaların ortaq xüsusiyyəti Rusiyadan “S-400” zenit-raket kompleksləri almaq istəməsidir. Bu haqda Ağ Evin yüksək vəzifəli rəsmisi “Euronews” kanalına açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyəyə qarşı sanksiyaların səbəbi bir NATO üzvü olduğu halda, Rusiya və Çinə yaxınlaşması, Türkiyənin Rusiya ilə hərbi və kəşfiyyatı sahəsində əməkdaşlıq etməsidir.
“Ümid edirəm ki Çinə qarşı atdığımız addımlar Rusiyanın hərbi və kəşfiyyat sahələri ilə əlaqəyə girməyə çalışan digər ölkələrə nə qədər ciddi olduğumuzu göstərir”, - Ağ Ev rəsmisi bildirib.
ABŞ yürütdüyü siyasətlə özünü dünyadan təcrid edib. Hətta müttəfiqləri də ona qarşı çıxır. Bunu İran Prezidenti Həsən Ruhani deyib.
Onun sözlərinə görə, İran və “Altılıq” arasında imzalanmış nüvə anlaşmasını təktərəfli formada ləğv etməsi ABŞ-ın ən böyük səhvi idi:
“ABŞ yenidən diplomatik masaya qayıtsa, tərəfləri razı salacaq şərtlər olacaq. Amerika xətaya yol verdi və bu xətanın yarısından geri qayıtmaq onun biləcəyi işdir. Lakin gec-tez ABŞ masa arxasında əyləşməyə məcbur olacaq”.
Dünya BMT Baş Assambleyasında qloballaşmanın başa çatdığını elan edən, Çindən Avropa İttifaqına, OPEC-dən Beynəlxalq Cinayət Məhkəməsinə qədər bir çox ölkə və təşkilatı təhdid edən ABŞ prezidenti Donald Trampdan danışır. Dünya mediası, siyasətçiləri və analitikləri ABŞ prezidentinin “yalnız Amerika” deyərək hər kəslə körpüləri yandırmasını “yeni müharibə və çaxnaşma illəri”nin başlanğıcı hesab edirlər.
 
Yeni SAVAŞ ÇAĞININ başlanğıcı… - Dünya ŞOKDA
Rusiya ABŞ-ın sanksiya tətbiq etdiyi digər ölkələrdən fərqlənir.
Bunu ABŞ Nümayəndələr Palatasında çıxışı zamanı ABŞ Maliyyə nazirinin müavini Marşal Billinqsli deyib.
“Biz Rusiya aqressiyasına qarşı İran və Şimali Koreyaya qarşı tətbiq etdiyimiz yanaşmalarla mübarizə apara bilmərik. Rusiya iqtisadiyyatı böyükdür və dünya iqtisadiyyatına, beynəlxalq maliyyə sisteminə çox yaxşı inteqrasiya olunub. İran və Şimali Koreya isə onilliklər ərzində beynəlxalq maliyyə sistemindən təcrid olunublar. Biz cərrah dəqiqliyi ilə Maliyyə Nazirliyinin mexanizmlərindən istifadə etdik ki, Rusiyaya qarşı təzyiqləri maksimuma çatdıraq və bunun ABŞ, eləcə də onun Avropadakı müttəfiqləri üçün təsirini minimuma endirək”, – deyə o bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI
"Şuşa Bəyannaməsində qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var"- İlham Əliyev

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı