Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55741
az

SON DƏQİQƏ! Polis bu rayonda əməliyyat keçirdi: Tutulan var

10:4024 İyun, 2021
391
REDAKTORUN SEÇİMİ
  • A

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Kür Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mahmudlu kənd sakini Fikrət Sultanova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Həyətyanı sahəyə baxış zamanı oradan 7 ədəd, ümumi çəkisi 2 kq 650 qram olan, çətənə kolu aşkar olunub.

Bundan başqa, oradan qurudulması üçün sərilmiş, 100 qram qurudulmuş marixuana aşkarlanıb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirsədə digər xüsusatlar da istisna edilmir.

Faktla RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİN vətəndaşlara müraciət edib - TƏCİLİ
Hava ilə bağlı XƏBƏRDARLIQ
Müəllim nazirə şikayət edir - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ