Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55708
az

Azərbaycanda 5 min üzvü olmayan partiyalar LƏĞV OLUNUR - YENİ QAYDA

17:1723 İyun, 2021
340
CƏMİYYƏT
  • A

Ölkənin siyasi arenasında ciddi dəyişikliklərin edilməsi planlaşdırılır. Bunun üçün öncə qanunvericilik bazasının dəyişdiriləcəyi bildirilir.

Oxu24.com-a daxil olan məlumata görə, əsas məqsəd siyasi partiyaların fəaliyyətini gücləndirmək və siyasi prosesləri aktivləşdirməkdir. Bu səbəbdən də “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik edilməzi nəzərdə tutulur. Əsas dəyişikliklərdən biri partiyaların qeydə alınmasında üzvlərin sayı məsələsidir.

Məlumat üçün bildirək ki, “Siyasi partiyalar haqqında” Qanunda qeyd olunur ki, siyasi partiyanın qeydə alınması üçün Azərbaycan Respublikasının azı 1000 vətəndaşı onun üzvü olmalıdır. Dəyişiklikdə isə bu rəqəmin 5 minə qaldırılması nəzərdə tutulub. Qanuna edilən dəyişiklikdən sonra partiyaların yenidən qeydiyyat məsələsi gündəmə gələcək. Bu isə üzvlərinin sayı 5 mindən az olan partiyaların ləğv olunması, ya da bir neçəsinin birləşdirilməsinə səbəb olacaq.

Artıq bununla bağlı əksər siyasi partiyaların rəhbərliyinə məlumat verilib. Hətta bəzi üzvlərinin sayı az olan partiyalar birləşmək barədə də müzakirəyə başlayıb.

Xatırladaq ki, hazırda Azərbaycanda 56 qeydiyyatdan keçmiş partiya var. Yeni dəyişiklikdən sonra partiyaların sayının yarıya qədər endiriləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Yurddaş Partiyası və Milli Qurtuluş Partiyası Yeni Azərbaycan Partiyasına (YAP) qoşulublar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kirkorov plastik əməliyyatlardan sonra BELƏ formada qalır
Bakının bu 4 yerindən ev almayın – Şəhər sakinlərinin nəzərinə!
TƏBİB-dən Tağı Əhmədovun ölümü ilə bağlı AÇIQLAMA

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər