"Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları atəşkəsə əməl olunmasına nəzarət və nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etmək vəzifələrini davam etdirirlər".
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Keçən gün ərzində Madagiz (Suqovuşan - red.) - Kəlbəcər marşrutu yolu ilə Rusiya hərbi polisi Dağlıq Qarabağ yaşayış məntəqələrində infrastrukturun bərpası üçün tikinti materialları, yerli sakinlər üçün ərzaq və müxtəlif mallar çatdıran 53 yük maşını üçün təhlükəsizliyi təmin edib", - deyə nazirlikdən bildirilib.
Məlumata görə, mülki nəqliyyat və humanitar yüklərin müşayiət olunması tapşırıqlarını yerinə yetirməklə yanaşı, Rusiya sülhməramlı kontingentinin hərbi polis bölməsi humanitar aksiyalar zamanı təhlükəsizliyin təmin edilməsində və Laçın dəhlizində patrul xidmətində iştirak edir. Rusiya sülhməramlı kontingentinin hərbi polisi tərəfindən patrul yollarının gündəlik uzunluğu təxminən 200 kilometrə bərabərdir.
"Sülhməramlı kontingentin məsuliyyət zonasında patrul xidməti zamanı atəşkəs rejiminin pozulması və rus hərbçilərə qarşı təxribat xarakterli hərəkətlər qeydə alınmayıb", - deyə açıqlamada bildirilib.
Oxu24.com
ŞƏRHLƏR