Ermənistanın Sünik (Zəngəzur) bölgəsinin Tex kəndinin iki sakini əkinçilik işləri apararkən azaraq, Azərbaycan ərazisinə keçib.
Oxu24.com Ermənistan mediasına istinadən bildirir ki, dünən əkinçilik işləri aparan Sünik bölgəsinin Tex icmasının iki sakini traktorlarda hərəkətdə olarkən istiqaməti düzgün seçmədiklərindən Azərbaycan ərazisində peyda olublar.
Ermənistan və Azərbaycan hərbçilərinin, eləcə də, Rusiya sülhməramlıların iştirakı ilə aparılan danışıqlardan sonra kəndlilər, həmçinin, traktorlar geri qaytarılıb.
Oxu24.com
ŞƏRHLƏR