Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55341
az

Kişi kişini şantaj etdi: İntim fotolarını yayacam və... - ŞOK TƏFƏRRÜAT

10:2212 İyun, 2021
4000
18+
  • A

Bakının Nəsimi rayonunda Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü Ceyhun sosial şəbəkədə intim fotolarını yaymaqla paytaxt sakini Vəlini (ad şərti verilib – red.) şantaj edib.

Publika.az-ın Teleqraf.com-a istinadən xəbərinə görə, Ceyhun İnstaqram sosial şəbəkəsində “İbrahimova_A 11” adı ilə qeydiyyatdan keçib. Sonra “N. A.” adı ilə qeydiyyatdan keçmiş Vəliyə özünü “Aytac” adlı qız kimi təqdim edib, onunla tanış olaraq intim münasibətlər barədə söhbət edib.

Ceyhun Vəlidən ona çılpaq fotoşəkillərini göndərməsini xahiş edib. Vəli özünə aid bir neçə çılpaq fotoları şəbəkə vasitəsi ilə Ceyhuna göndərib.

Bundan sonra Ceyhun Vəlini həmin fotoları sosial şəbəkələrdə yayacağı və tanışlarına göstərəcəyini bildirib, haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə hədə-qorxu gəlib, 1000 manat verməsini tələb edib.

Vəlinin bu barədə müraciəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ceyhun zərərçəkmişdən pul alarkən Nəsimi rayonunda yerləşən “50 qəpik” çay evinin qarşısında saxlanılıb.

İstintaq orqanı tərəfindən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

“Çılpaq şəkillərini göndərdi”

Təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, zərərçəkmiş şəxsi təxminən 2020-ci ilin fevralın sonlarından İnstaqram sosial şəbəkəsində tanıyıb: “Həmin sosial şəbəkədə “İbrahimova_A 11” adlı qız profili açdım. Məqsədim sadəcə tanışlarımla qız adı ilə yazışıb, zarafat etmək olub. Təxminən 2020-ci ilin fevralın sonlarında İnstaqramda “N. A.” adlı profil istifadəçisini gördüm. Ona qız adı ilə müraciət edərək tanış olmaq istədiyimi dedim. Vəli də mənim qız olduğumu bilərək tanış olmaq istədi. Aramızda yaxın münasibət yarandı, intim münasibətlər barədə söhbətlər düşdü.

Ondan xahiş etdim ki, özünə aid çılpaq şəkillərini mənə göndərsin. Vəli də çılpaq şəkillərini çəkərək mənə göndərdi”.

“Aytacın pozğun və “işverən” olduğunu bildirdim”

Ceyhunun ifadəsinə görə, Vəlini qız adı ilə tanış olmaq üçün Nərimanov rayonunda yerləşən Yaşıl Bazar adlanan əraziyə görüşə çağırıb və həmin yerdə görüşüblər: “Vəli gəldikdən sonra ona yaxınlaşdım, adımın Ceyhun olduğunu dedim. Ona tanış gəldiyini bildirərək yaxınlıqda yerləşən “Çayko” adlanan çay evində oturduq, söhbət etdik.

Həmin vaxt əslində Aytac kimi onunla yazışdığımı demədim. Sadəcə Vəlini aldadaraq guya Aytacın mənim tanışım olduğunu, onun yaxşı qız olmadığını, pozğun və “işverən” olduğunu bildirdim.

Ona dedim ki, Aytac onun fotolarını mənə göndərib. Ona həmin fotoları həm özümdə, həm də Aytacda siləcəyimi bildirdim.Həmçinin Vəliyə dedim ki, Aytac pozğun qız olduğu üçün onunla münasibətini qurtarsın”.

“Xahiş etdi ki, çılpaq şəkilləri silim”

Ceyhun qeyd edib ki, əslində Vəli ilə ilk dəfə görüşüb və onun necə birisi olduğunu bilmək üçün onu yoxlayıb: “Həmin görüşdə özümə məxsus nömrəni Vəliyə verərək lazım olanda vatsap vasitəsi ilə danışa biləcəyimi dedim. Vəli də öz nömrəsini mənə verdi. Biz vatsap vasitəsi ilə Ceyhun kimi danışmağa davam etdik.

Həmçinin Vəli Aytacın var olduğunu bildiyi üçün guya ona, əslində isə elə mənim özümə İnstaqram vasitəsi ilə yazaraq ayrılmaq istədiyini bildirdi. Mən də guya Aytac olaraq Vəlidən ayrıldım. Əslində isə Aytac elə mənim özüm olmuşam. Bundan sonra Vəli ilə adi qaydada danışdım. Lakin özümdə olan ona aid şəkilləri silmədim. Söhbətlərin birində Vəli məndən xahiş etdi ki, həmin şəkil söhbətini heç kim bilməsin, həmçinin şəkli silib-silmədiyini soruşdu. Mən isə yadımdan çıxdığını bildirdim, silmədiyimi dedim.

Bu zaman Vəli ilə yenidən həmin çayxanada təxminən mart ayının 6-7-də görüşdük. Vəli xahiş etdi ki, ona məxsus çılpaq şəkilləri silim. Mən də problem olmayacağını və siləcəyimi dedim. Lakin yenə də silmədim”.

“Təklif etdi ki, şəkilləri silmək üçün pul da verə bilər”

Ceyhun bildirib ki, Vəlinin adını telefonunda “Vəli Yasamal” kimi qeyd edib: “Bu vaxt Vəli özü mənə təklif etdi ki, əgər istəsəm, mənə şəkilləri silmək üçün pul da verə bilər. Mən isə şəkilləri silmək üçün pul lazım olmadığını dedim. Bildirdim ki, Qobu qəsəbəsində qaydasız döyüşlə məşğul olmaq üçün idman zalı icarəyə götürmək istəmişəm. Ora məşq etmək üçün bir neçə avadanlıq almaq istədiyimi, lakin pulum çatmadığını söylədim.

Vəli köməklik etmək istədiyini, pul verə biləcəyini dedi. O, nə qədər pul lazım olduğunu soruşdu. Dedim ki, təxminən 1.000 manat lazımdır. Vəli bildirdi ki, problem deyil, həmin pulu verə bilər.

Dedim ki, həmin pulu verdikdən sonra əgər istəsə zal fəaliyyətə başladıqda gəlib, pulsuz məşq edər, ya ya həmin pulu ona bir müddət sonra qaytararam. Vəli də bildirdi ki, 1000 manatı əvəzsiz verir, yəni qaytarmaq lazım deyil”.

“Müdirə ümid olduğunu dedi”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bundan sonra Vəli ilə yazışaraq pulun nə yerdə qaldığını soruşub: “Vəli cavab verdi ki, haradasa işləyir, guya verəcəyi 1000 manat pulu işlədiyi yerdən alıb, verəcəkr. Ona görə də pulun nə yerdə qaldığını maraqlandım. Vəli isə hələ pulu düzəltmədiyini bildirdi, gözləməyi xahiş etdi.

Bir gün sonra Vəlidən pulun nə yerdə qaldığını bir daha soruşdum. Bildirdi ki, guya kadrlar şöbəsinin direktoru işdə yoxdur, gələn kimi saat 12-dək işdən icazə alıb, gələcək. Təxminən saat 13 radələrində onun icazə alıb-almadığını soruşdum. Vəli hələ də direktorun gəlmədiyini, icazə almadığını dedi.

Təxminən saat 14 radələrində Vəli mənə vatsap vasitəsi ilə yazaraq 1000 manat puldan 200 manatını düzəltdiyini, qalanını sonra verəcəyini dedi. Mən isə Vəlidən əvvəlcə 1000 manat düzəldərək gətirəcəyini, sonradan isə 200 manat verəcəyini deməsinin səbəbini soruşdum.

Vəli müdirə ümid olaraq söz verdiyini dedi. Ona dedim ki, məni aldatmasın. Vəli isə onu başa düşməyimi və vaxt verməyimi, qalan pulu 2-3 günə düzəldəcəyini bildirdi”.

“Məni idarəyə dəvət etdilər”

Ceyhunun sözlərinə görə, bundan sonra Vəliyə 28 May metrosunun yaxınlığında yerləşən “50 Qəpik” çay evinin yaxınlığına gəlməyini bildirib:

“Həmin gün saat 15.30-da Vəli ilə çay evinin yaxınlığında görüşdük. Ondan 200 manatı aldım. Daha sonra mənə iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətlarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirdilər. Vəlinin hədə-qorxu ilə pul tələb etməyim barədə şikayət etdiyini, ona görə də əməliyyat tədbiri keçirildiyini bildirdi.

Məni idarəyə dəvət etdilər. Etiraz etmədim və polislərlə, eləcə də Vəli ilə birlikdə həmin idarəyə getdik”.

“Dedi ki, bu şəkilləri tanışlarıma göndərəcək”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vəlinin sözlərinə görə, təxminən 2019-cu ilin avqustunda İnstaqram sosial şəbəkəsində özünü “N. A.” adlı profil açıb: “Təxminən 2020-ci ilin fevralın sonlarında “İbrahimova_A 11” adlı bir qız profilindən mənə məxsus profilə tanış olmaq üçün SMS göndərildi. Profil sahibinin qız olduğunu düşündüm, yazışmağa başladım.

Mənə yazan şəxs adının Aytac olduğunu bildirdi. Profildə qız şəkli də vardı. Profildə yazan şəxs mənə ilk əvvəl xoş sözlər dedi, sonra intim söhbət etməyə başladı, özümə məxsus çılpaq şəkillərimi göndərməyimi istədi. Mən də onun qız olduğuna inandım, özümə aid çılpaq şəkillərimi ona göndərdim. Şəkilləri yaşadığım mənzildə hamamda çəkmişəm.

Bir müddət sonra profildəki şəxs mənimlə görüşmək istədiyini bildirdi. Tanımadığım adamla görüşməkdən ehtiyatlandığım üçün imtina etdim. Dedi ki, görüşməsəm, bu şəkilləri İnstaqram hesabındakı tanışlarına göndərəcək. Əvvəlcə əhəmiyyət vermədim və mənə heç nə edə bilməyəcəyini dedim”.

“Bildirdi ki, həmin qız onun əvvəllər sevgilisi olub”

Vəli daha sonra ifadəsində Ceyhunun onu şantaj etməsindən necə qorxduğunu açıqlayıb: “Həmin profildən mənə “sənin bütün şəkillərini sosial şəbəkələrdə yayım, sən də bax, oğraş” məzmunlu SMS göndərildi. Bu səbəbdən ehtiyat etdim, onunla görüşmək qərarına gəldim.

O, mənə Nəriman rayonu ərazisində yerləşən Yaşıl Bazarın qarşısına gəlməyimi istədi. Mən də həmin ünvana tək getdim. Ora çatdım, dayandıqda mənə hər hansı qızın yaxınlaşmadığını gördüm.

Əksinə, bir nəfər sonradan adının Ceyhun olduğunu bildiyim şəxs məni arxadan çağırdı, guya tanış gəldiyimi bildirdi. Onun mənə yaxınlaşdığını gördüm. Ceyhuna kobud cavab versəm də, Ceyhun: “bilirəm, sən Aytacı gözləyirsən” dedi. Aytac haqqında söyüş söydüm. Dedi, guya özü Aytacı tanıyır, Aytac “işverən”dir. Bildirdi ki, nahaq şəkillərini ona göndərmisən, guya Aytac həmin şəkilləri yayacaq. Lakin Aytacla danışacağını, onunla belə iş görməməsini istəyəcəyini də dedi. Daha sonra məni birlikdə çay içməyə dəvət etdi.

Nərimanov rayonu ərazisində yerləşən “Çayko" adlı çay evində, kabinetdə oturduq, çay içdik və Ceyhun mənə İnstaqramda Aytac bildiyim qıza göndərdiyim şəkilləri öz telefonunda göstərdi. Bildirdi ki, guya həmin qız onun əvvəllər sevgilisi olub, guya bu formada bir neçə nəfərin başına oyun açıb, pullarını alıb.

Ceyhun mənə bildirdi ki, həmin qıza şəkilləri silməsini deyəcək. Bundan sonra ayrıldıq”.

“Xahiş etdim ki, özündə olan şəkillərimi silsin”

Vəlinin ifadəsinə görə, bir neçə gün sonra ona İbrahimova All profilindən guya Aytac yazıb və bildirib ki, onunla dostu tanış çıxıb: “Ona görə də əlaqəmizi kəsmək istəyir. Bildirdi ki, guya mənim bütün şəkillərimi silib. Özüm də həmin profillə əlaqə saxlamadın. Artıq başa düşdüm ki, Aytac adlı şəxs yoxdur. Bu, çox güman ki, elə Ceyhunun özüdür.

Telefon nömrəm Ceyhunda olduğu üçün mənimlə yazışdı. Xahiş etdim ki, özündə olan şəkillərimi silsin. Ceyhun bildirdi ki, yalnız Aytacda olan şəkilləri silə bilər, özündə olan şəkilləri saxlayacaq. Başa düşdüm ki, qız adı ilə danışan elə Ceyhunun özüdür. Bunu özü də etiraf etdi”.

“Şikayət etmək qərarına gəldim”

Vəli bildirib ki, sonrakı müddətdə Ceyhun ondan 1000 manat pul tələb etməyə başlayıb: “Yenə “Çayka” çay evində görüşdük. Ceyhun bildirdi ki, 1000 manat pul versəm, bütün şəkillərimi siləcək, verməsəm, şəkillərimi yaşadığım bütün Yasamal rayonundakı tanışlarıma və sosial şəbəkədə yayacaq.

Artıq vəziyyətin çıxılmaz olduğunu gördüm. Əsl baş verənlər və Ceyhunun mənə qarşı olan hədə-qorxuları barədə polisə şikayət etmək qərarına gəldim. Şikayətdən əvvəl dedim ki, ilkin olaraq 200 manat pul verə bilərəm. Sonra Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə ərizə ilə müraciət etdim.

Ceyhun Nəsimi rayonu ərazisində yerləşən “50 Qəpik” adlı çayxananın qarşısında görüş təyin etdim. Bundan sonra mənə həmin idarədə 2 ədəd 100 manatlıq olmaqla nömrələnmiş və kserosurətləri çıxarılmış 200 manat pul verildi. Pulları Ceyhunla görüşərək ona verməli idim və polislər onu saxlamalı idilər. Həmin tarixdə iki nəfər polislə birgə qeyd olunan ünvana getdik. Qeyd olunan vaxtda görüşdük, deyilənləri etdim. Ceyhuna 200 manat pulu verdim. O, pulu alaraq əynindəki şalvarının sağ yan cibinə qoyduqda polis əməkdaşları tərəfindən saxlanılaraq baş idarəyə gətirildi”.

Bu cinayət işinə Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb.

Ceyhun 2 il 1 1 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tələbələri porno videolara çəkən şəxs tutulub
Kuryer tələbə qızı zorlayıb (18+)
Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu