Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55294
az

Tanınmış vəkil məhkəmə zalında həbs olundu

00:0111 İyun, 2021
4825
CƏMİYYƏT
  • A

Tanınmış vəkil külli miqdarda mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılıb.

Oxu24.com Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş üzvü, uzun müddət 1 saylı hüquq məsləhətxanasına rəhbərlik etmiş Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirikən məhkəmənin hazırlıq iclasında Sümbülə Əliyevanın anket məlumatları dəqiqləşdirilib.

Daha sonra onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham olunan Sümbülə Əliyeva vəkillərin ödənişlərindən vergi kimi tutulan vəsaitlərin mənimsənməsində təqsirləndirilir.

İttihama görə, Sümbülə Əliyeva Dövlət Sosial Müdafiə Fonduna və Vergilər Nazirliyinə ödənilmək üçün üçün vəkillərdən tutulan vergi və sosial sığorta haqlarını mənimsəyib.

İş üzrə zərərçəkmiş kimi Vəkillər Kollegiyası, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti tanınıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kirkorov plastik əməliyyatlardan sonra BELƏ formada qalır
Bakının bu 4 yerindən ev almayın – Şəhər sakinlərinin nəzərinə!
TƏBİB-dən Tağı Əhmədovun ölümü ilə bağlı AÇIQLAMA

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Polisin tutduğu 35 yaşlı qadının şok əməli üzə çıxdı