Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5529
az

Rusiyanın Azərbaycana satdığı dəhşətli silah üzə çıxdı - RƏSMƏN TƏSDİQLƏNDİ

20:4525 Sentyabr, 2018
6056
HƏRBİ
  • A
 Bakıda 3-cü Azərbaycan Beynəlxalq “ADEX-2018” silah sərgisinin açılması ilə əlaqədar TASS agentliyi Rusiya silahlarının satışı sahəsində Rusiya ilə Azərbaycanın hərbi-texniki əməkdaşlığı barədə analitik material dərc edib.

Oxu24.com xəbər verir ki, sentyabrın 25-dən 27-dək Bakıda dünyanın 29 ölkəsindən 224 şirkətin iştirak etdiyi 3-cü Azərbaycan beynəlxalq “ADEX-2018” silah sərgisi keçirilir.

“Biz bu sərgidə Rusiya üçün çox əhəmiyyətli olan Xəzəryanı region ölkələri ilə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi sahəsində qiymətli və daha vacibi, çox müsbət təcrübə qazanırıq.

Biz Xəzəryanı ölkələrə həm hərbi texnika, həm də ona xidmət edilməsi və onun təmiri, mütəxəssislər hazırlığı ilə əlaqədar müxtəlif infrastruktur layihələri təklif edirik”, - “Rosoboroneksport” dövlət şirkətinin baş direktoru Aleksandr Mixeyev bildirib.

Rusiya Azərbaycanın hərbi-texniki məhsullar aldığı ölkələr arasında aparıcı yerlərdən birini tutur. Prezident İlham Əliyev bu il sentyabrın 1-də Rusiya Prezidenti Vladimir Putinlə danışıqların yekunu kimi bəyan edib ki, Azərbaycan Rusiyada dəyəri beş milyard dollardan çox olan hərbi məhsullar alıb və bu rəqəm artacaq.

Hazırda Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır. Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutunun (SIPRI) hesablamalarına görə, 2006-2016-cı illərdə Azərbaycanın idxal etdiyi müdafiə məhsullarının ümumi həcmində Rusiya silahlarının payı təqribən 22 faiz olub.

1991-ci ildə SSRİ dağılandan sonra 2005-ci ilə qədər Rusiya Azərbaycana silah satmayıb.



2005-2010-cu illərdə Azərbaycanın güc strukturları yeni model helikopterlər alıb: gömrük komitəsi üçün bir ədəd Mi-172, Fövqəladə Hallar Nazirliyi üçün üç ədəd Mi-171B və Daxili İşlər Nazirliyi üçün üç ədəd Mi-17-1B.

2008-ci ildə FHN Rusiyadan yeni model Be-200ÇS amfibiya-təyyarəsi alıb, 2010-cu ildə isə iki ədəd Ka-32A helikopteri.

2007-ci ildə Azərbaycan Rusiya Federasiyasının Müdafiə Nazirliyindən 62 ədəd T-72B tankı, dörd zirehli təmir-təxliyyə maşını BREM-1, eləcə də, altı ədəd “Msta-B” adlı 152 mm-lik daşınan habuitsa əldə edib.

2008-2010-cu illərdə Azərbaycana 70 ədəd BTR-80A zirehli yeni istehsal edilmiş transportyoru və hərbi məqsədlər üçün istifadə edilən “KamAZ” avtomobilləri göndərilib. O cümlədən, müqaviləyə görə, 2010-cu ildə Azərbaycan tərəfi 100 ədəd tank əleyhinə “Kornet-E” kompleksləri alıb.



2009-cu ildə Azərbaycana hər birində dörd buraxılış qurğusu olan iki divizion S-300 zenit-raket sisteminin göndərilməsi ilə bağlı müqavilə imzalanıb və 2010-2011-ci illərdə həmin raketlər təhvil verilib. Ekspertlər tərəfindən saziş 300 milyon dollar həcmində dəyərləndirilib.

Həmin illərdə bağlanmış böyük müqavilələr çərçivəsində 2013-2018-ci illərdə Azərbaycan tərəfi Rusiyadan quru qoşunları üçün böyük həcmdə yeni istehsal edilmiş silahlar əldə edib:

- 100 ədəd T-90S tankı;

- 118 ədəd BMP-3 hərbi piyada maşını;

- 230 ədəd BTR-82A zirehli transportyor;

- 166 ədəd artilleriya sistemi, o cümlədən, 18 ədəd 152 mm kalibirli “Msta-C özüyeriyən haubitsa, 18 ədəd 120 mm-lik özüyerinən “Vena” topları (Azərbaycan bu silahın ilk sifarişçisidir - red.), 18 ədəd 300 mm-lik “Smerç” reaktiv sistemli hərbi maşın və 24 ədəd ağır odsaçan sistem maşınları olan TOS-1A “Solntsepyok”.



Mütəxəssislər qeyd ediblər ki, bu müqavilə portfelinin qiyməti 1 milyard dolları təşkil edib.

Rusiyanın Strategiya və Texnologiyaların Analizi Mərkəzinin ekspertlərinin fikrincə, bu paketə iki divizion “Xrizantema-S” özüyeriyən tank əleyhinə raket kompleksi, 152 mm kalibrli “Msta-B” daşınan habuitsalar, 120 mm kalibrli “Sani” daşınan minaatanlar, BREM-1M və BREM-L zirehli təmir-təxliyyə maşınları, İMP-3M mühəndis maşınları, eləcə də, onlara aid hərbi sursatlar daxildir.

Ayrı müqaviləyə əsasən, Azərbaycan 2010-cu ildə Rusiya ilə sərhəd xidməti üçün 24 ədəd Mi-35M hərbi helikopterləri əldə edən sənəd imzalayıb. Helikopterlər 2011-2013-cü illərdə Azərbaycana çatdırılıb. Müqavilənin qiyməti 260 milyon dollar olub.

Digər helikopter – 71 ədəd çoxhədəfli Mİ-17-1B (40 ədədi hərbi-hava qüvvələri, 20 ədədi sərhəd xidməti, altı ədədi xüsusi dövlət mühafizəsi, beş ədədi isə DİN üçün) müqaviləyə əsasən, Azərbaycana göndərilib.

Bundan əlavə, həmin il müqavilə paketləri ilə bağlı növbəti müqavilələr bağlanılıb. Həmin müqavilələrə əsasən, 2011-2012-ci illərdə Azərbaycan 300 buraxılış qurğuları və 1500 ədəd daşınan “İqla-S” zenit raket kompleksləri əldə edib.

Mətbuatda 2014-cü ildə iki zenit raket batareyası kompleksi olan “Tor-M2E” kiçikmənzilli raket komplekslərinin də verilməsi barədə məlumat getmişdi. Lakin digər mənbələrə görə, bu müqavilənin həyata keçirilmədiyi bildirildi.

2010-cu ilin noyabrında Rusiya və Azərbaycan tərəfi 2011-2021-ci illərdə ölkədə 5,45 mm kalibrli 120 min ədəd AK-74 avtomat silahının lisenziyalaşdırılmış buraxılışı ilə bağlı razılığa gəliblər.

2011-ci ildə isə Azərbaycanın BMP-1 və BMP-2 parklarının modernləşdirilməsi, eləcə də, onların “Berejok” - yeni hərbi məqsədli hissəsi, həmçinin “Kornet-E” raket kompleksi ilə təchiz olunması barədə müqavilə imzalanıb. Həyata keçirilmə barədə məlumatlar dərc olunmasa da, Rusiyanın “Kornet-E” raketlərinin göndərməsi həyata keçirilib.



Həmçinin bildirilir ki, 2014-cü ildə Azərbaycan Rusiyanın Federal Xidmətinə bir divizionluq “Bal-E” gəmi əleyhinə raket kompleksinin əldə edilməsi ilə bağlı müraciət edib. KİV-in məlumatına görə, hələlik sövdələşmə həyata keçirilməyib, lakin tərəflər arasında müzakirələr aparılır.

Həmçinin, Rusiyanın T-90S və 12 ədəd Mi-35M helikopterlərinin alışının həyata keçirilmədiyi bildirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan hərbi qulluqçunun FOTOSU
Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi