Ağdam rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi növbəti tədbirlər zamanı işğaldan azad edilmiş Qullar kəndinə keçmək istəyən 5 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə dəvət olunublar. Onlarla profilaktiki söhbətlər aparılıb, gizlədilmə ehtimalı olan mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib. Həmin şəxslər barəsində inzibati qaydada tədbir görülüb.
Oxu24.com
ŞƏRHLƏR