Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5524
az

Azərbaycanda məktəb müəlliməsini qaçıraraq zorladılar

19:4125 Sentyabr, 2018
1455
KRİMİNAL
  • A
 Məktəb müəlliməsini qaçıraraq qorlamaqda təqsirli bilinən 4 ağsu rayon sakini cəzalarının azaldılması ilə bağlı Ali Məhkəməyə müraciət edib.

Oxu24.com “ölkə.az”a istinadən xəbər verir ki, məhkum olunanlardan 3-ü cinayət Məcəlləsinin 144.2.3-cü “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu”, müəllim ilə evlənmək istəyən B.İsrafilov isə 144.2.3-cü maddə ilə yanaşı, məcəllənin 149.2.4-cü (xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri) və 150.2.5-ci (təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri) maddələri ilə təqsirli bilinir.

Xatırladaq ki, 2016-cı ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində orta məktəb müəlliminin oğurlanması və cinsi təcavüzə məruz qalması faktı ilə bağlı məhkəmə prosesi Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Nuran kənd məktəbində Təhsil Nazirliyinin göndərişi əsasında kimya fənnini tədris edən 23 yaşlı Sara Vəliyevanı (ad və soyad şərtidir) zorla avtomobilə mindirərək qaçıran Nüydü kənd sakinləri - 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu, dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu və sürücü İsgəndərov Eldəniz Bəbir oğludur.

Qeyd edək ki, məlum hadisə 2016-cı il aprelin 19-da səhər saatlarında baş verib. Müəllim dərsə gələrkən kəndin ortasında qəfil avtomobil dayanıb və onu zorla avtomobilə mindirərək aparıblar. Aprelin 23-də isə oğlanların qohumları qızı gətirərək ailəsinə təhvil veriblər.

Məlum olub ki, müəllim evlənmək məqsədi ilə qaçırılıb. Nüydü kənd sakini Bəhruz İsrafilov telefonla müəllimə niyyətini bildirib və rədd cavabı alıb. Bundan sonra elçi belə göndərmədən qruplaşma yaradaraq müəllimi qaçırıb. Oğlanlar gənc müəllimi əvvəlcə İsmayıllı, daha sonra isə Sabirabad rayonuna aparıblar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

5 otaqlı evdə yanğın oldu
Şokolad oğurlayan qızını dəmirlə döydü, hamilə arvadını... - İNANILMAZ QƏTL
ABŞ-da xüsusi təlim keçmişdi: Terror təşkilatının kritik adı MİT tərəfindən belə zərərsizləşdirildi - Anbaan VİDEO

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Ölkəyə 87 kq narkotik gətirən şəxs saxlanıldı - VİDEO