Qoqol-moqol (ing.hoog-muq - həftəbecər, qarışıq)alkoholsuz içkidir. Bu içki toyuq yumurtası və şəkər tozundan hazırlanır. Qoqol-moqol desert hesab edilən içkilərdəndir.
Qoqol-moqol haqqında müxtəlif ölkələrdə müxtəlif cür əfsanələr danışılır. Almaniyada onun ilk dəfə alman konditeri Manfredu Kekenbauery tərəfindən hazırlandığı söylənilir. Polşada onu Moqelev Qoqelyu şəhərindəki sinaqoqda xorda oxuyanların səslərinin tutulduğu zaman içdikləri söylənilir. Söyləntilərə görə xorda oxuyanlar səsləri tutulan zaman onlar çiy yumurtaya şəkər və şərab əlavə edib içirlərmiş. İçkinin adının da buradan götürüldüyü qeyd edilir. Zövqə görə qoqol-moqola müxtəlif qida məhsulları da əlavə eləmək olur.
Qoqol-moqolun tərkibində olan çiy yumurta orqanizm üçün çox faydalıdır. Onun tərkibində çoxlu vitamin(K, E, B3, B12, D) və minerallar(dəmir, fosfor, maqnium, sink, yod, selen və s.) var. Onun tərkibi güclü antioksidantlarla zəngindir. Qoqol-moqoldan ən çox soyuqlama xəstəlikləri, zəiflik, səsin itirilməsi zamanı istifadə edilir. Çəkinin itirilməsi zamanı qoqol-moqoldan istifadə etməkdə də fayda var. Qoqol-moqolun tərkibində əvəzolunmaz amin turşuları, xolein, biotin və fol turşusu var. Qida rasionuna qoqol-moqol əlavə etmək ürək-damar, xərçəng xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır, saçları, dırnaqları, orqanizmin sümük toxumasını möhkəmləndirir. O orqanizmdən artıq piylərin xaric olmasını sürətləndirir, görməni yaxşılaşdırır, damarlardakı xolesterinin təmizlənməsinə səbəb olur.
Qoqol-moqolun zərərli xüsusiyyətləri
Yumurta sarısına qarşı allergiyası olanlara qoqol-moqol yemək məsləhət görülmür. Qoqol-moqol hazırlayan zaman mütləq təzə yumurtadan istifadə etmək məsləhət görülür. Xəstə toyuğun yumurtasından istifadə etmək salmonelyoz xəstəliyinin əmələ gəlməsinə səbəb olur.
ŞƏRHLƏR