Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54954
az

Şeytan (lən) öz toxumlarını hara qoyur?

00:3305 İyun, 2021
1892
CƏMİYYƏT
  • A

Mübarək dinimiz buyurur ki, o çirkin fikirlər ki, hələ əməl libası geyinməmişdir - günah hesab olunmur. Ancaq yaxşı əməllər də deyildir. Və əgər insan yaxşı niyyətlərini hətta həyata keçirməsə belə, ona savab yazılır.

Əlbəttə, bu, o demək deyildir ki, insan fikirlərində azad olmalıdır. İstədiyi qədər günah mövzuları barəsində düşünməyə ixtiyarı vardır. Xeyr, belə deyildir. Dinimiz buyurur ki, günah fikirlərindən uzaq olun, çünki bu fikirlər tezliklə əmələ çevrilə bilir.

İmam Əli (ə) buyurur: "O kəs ki, günah barəsində çoxlu düşünər - bu günah onu özünə tərəf çağırar".

Günah fikir ona bənzəyir ki, evdəki odundan ancaq tüstü çıxır və odlanmır. O zamana qədər ki, atəş yanmaz, o ev və ya otaq yanmaz. Ancaq tüstüsü evi qaraldar və tüstüyə boğar. O zaman ki, atəş şölələnər - həm qəlb və həm də qəlbin sahibi yanar.

Ona görə də bizim məsuliyyətimiz vardır. Təfəkkür və fikirlərimizə görə məsuliyyət daşıyırıq. Bu səbəbdən yerinə yetirdiyimiz hər bir əmələ görə məsuliyyət daşıyırıq. "(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)". ("İsra" 36).

"Həqiqətən iman gətirənlərin arasında çirkin əməlin yayılmasını (birinin pis işinin faş olmasını və ya həmin pis əməlin cəmiyyətdə yayılmasını) sevənlər (və bu istiqamətdə fəaliyyət göstərənlər) üçün dünya və axirətdə ağrılı bir əzab vardır. Allah (onun pis nəticə və aqibətini) bilir, siz isə bilmirsiniz". ("Nur" 19).

"Aşkar və gizlin günahı (əməl və qəlb günahını və ya aşkarda və xəlvətdə edilən günahı) tərk edin! Şübhəsiz, günah qazananlar tezliklə mürtəkib olduqları şeyin müqabilində cəzalandırılacaqlar". ("Ənam" 120).

Bu deyilənlərdən də aydın olduğu kimi, şeytan insanın fikirlərinə toxum qoyar. Çalışar ki, insanı günah fikirləri vasitəsilə bataqlığa sövq etsin. Əgər insan bu fikirləri əmələ çevirərsə, lənətlik şeytanı sevindirər.

Yox, əgər bu fikirlərdən xilas olarsa, şeytan məqsədinə çatmaz. İnsanın bütün yaxşı və pis əməlləri təfəkkürünün məhsuludur. Ona görə də günah fikirlərindən uzaq olun və yaxşı niyyətlər edib, yaxşı işlər barəsində düşünün.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü