Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54875
az

18+ Kişilər üçün vacib məlumat: Erkən boşalmanın çarəsi budur

22:5003 İyun, 2021
6181
18+
  • A

Erkən boşalma kişilərin çox tez-tez qarşılaşdığı  cinsi əlaqə problemlərindəndir. Lakin bu gerçəkliyə rəğmən  erkən boşalmadan əziyyət əkən kişilərin  əksəriyyəti utancaqlıq  və inamsızlıq  üzündən həkimə müraciət etmirlər. Erkən boşalma  kişi  heysiyyətinə,  psixologiyasına   mənfi təsir edən bir haldır. Boşalma prosesinə nəzarət edə bilməyən kişi  tezliklə  hissə  qapılır,  bu problemin həllinin yollarını axtarmaq əvəzinə, onu  daha da dərinləşdirir: özünü bacarıqsızlıqda  məzəmmət edir, ruhdan düşərək çox vaxt  cinsi əlaqədən qaçmağa çalışır. Bu səbəbdən hər bir kişi erkən boşalma haqda bu 3 həqiqəti bilməlidir:

Erkən boşalma haqqında 3 həqiqət

1-ci həqiqət – Erkən boşalma cinsi zəifliyin ən geniş yayılmış növüdür.

2 – ci  həqiqət – Erkən boşalma cinsi zəifliyin ən asan müalicə olunan növüdür.

3 – cü həqiqət – Erkən boşalma hallarının yarıdan çoxu dərmansız müalicə oluna bilən hallardır!

Cinsi zəifliyin hər hansı forması kimi, erkən boşalma  tibbi –psixoloji  problem olmaqla bərabər, sosial problemlər də yaradır; bu cinsi cütlərin əsəblərinə, davranışlarına,  iş qabiliyyətlərinə, adamlarla ünsiyyətinə də mənfi təsirini göstərir. Buna görə də erkən boşalmadan əziyyət çəkənlərin  tərəddüd etmədən  həkimə  müraciət etməsi vacibdir.

Erkən boşalma nədir? Bu anlayış erektil disfunksiya (penisin nomal bərkiməməsi) anlayışından fərqli bir anlayışdır.  Erkən boşalma anlayışı   cinsiyyət üzvünün – penisin  vaginaya daxil ola bilməsi  ilə deyil, cinsi əlaqənin müddəti ilə  bağlı bir anlayışdır:  bu zaman cinsi əlaqə  3 dəqiqədən az çəkir!

Əgər  kişinin cinsiyyət üzvu vaginaya daxil olmazdan əvvəl boşalma baş verirsə, bu 1-ci dərəcəli (kəskin) erkən boşalma hesab edilir.

Əgər  kişinin cinsiyyət üzvu vaginaya daxil olduqdan sonra cinsi əlaqə 1 dəqiqədən az  davam edirsə,  buna  2 ci (orta) dərəcəli  erkən boşalma deyilir.

Əgər  kişinin cinsiyyət üzvu vaginaya daxil olduqdan sonra cinsi əlaqə 1 dəqiqədən çox, lakin 3 dəqiqədən az davam edirsə,  sadəcə erkən boşalma deyilir.

Ümumiyyətlə, əksər mütəxəsislər 3 dəqiqədən az davam edən cinsi əlaqəni erkən boşalma kimi qəbul etməyi  tövsiyə edir. Lakin bu hamıya tətbiq oluna bilməz. Məsələn, cinsi cütlər eyni vaxtda orqazma çatırlarsa və məmnun qalırlarsa,  cinsi əlaqənin müddətindən asılı olmayaraq, bunu erkən boşalma kimi qəbul etmək olmaz.

Bu linklərə vurun;

//www.youtube.com/watch?v=iUQ4NccgRsc

//www.youtube.com/watch?v=mJrozM3FWcg

 

Erkən boşalmanın səbəbləri. Bu səbəblər psixoloji və tibbi olmaqla 2 yerə bölünür.  Bu səbəblərdən hansının daha çox rast gəldiyini söyləmək çox da çətin deyil –  əksəriyyəti psixoloji  səbəblərdir.  Erkən boşalmanın səbəbləri içərisində ən çox rast gələn psixoloji səbəblərə  aşağıdakılar aiddir:

Gənclik dövrünün masturbasiya vərdişlərinin təsiri (tələsik, yaxalanmaq qorxusu altında süni boşalmalar ).  Bu amil erkən boşalma səbəbləri içərisində 1-ci yerdə durur.
Cinsi istəyin qadına qarşı həddən artıq yüksək olması.
3.Qadından infeksiya ilə  yoluxmaq qorxusu
Qadının hamilə qalması qorxusu
Cinsi əlaqənin münasib yerdə və ya münasib vaxtda olmaması
Qadının cinsi əlaqədən imtina edəcəyinin qorxusu
Cinsi əlaqə haqqında səhv anlayışlar
Digər bir çox psixoloji məqamlar, stres, yorğunluq və s. səbəblər də erkən boşalmaya səbəb ola bilər.
 

Tibbi səbəblər bütün yaşlarda, daha çox isə yaşlanmış kişilərdə rast gəlir. Bura aiddir:

Prostatitlər (prostat vəzinin iltihabi xəstəlikləri – daha çox gənclərə aiddir)
Prostat vəzinin adenoması (xoşxassəli şişi – daha çox 40 yaşı keçmiş kişilərə aiddir)
Prostat vəzinin xərçəngi
Uretritlər (sidik kanalının iltihabi xəstəliyi)
Penisin patoloji həssaslığı və s.
Yaşlılarda  daha çox  cinsiyyət orqanlarının xəstəlikləri (prostatit,  uretrit,  prostat adenoması, penisin patoloji həssaslığı və s.) və qeyri – uroloji digər xəstəliklər  – şəkərli diabet, hipertoniya xəstəliyi,  nevrotik pozulmalar və s. erkən  boşalmaya səbəb ola bilər. Tibbi səbəblər içərisində prostat vəzinin iltihabı və adenoması ilk növbədə qeyd olunmalıdır. Çünki normal cinsi əlaqənin təminatı üçün prostat vəzinin sağlamlığı çox mühümdür! Orqanizmdə cinsi hormonların balansının pozulması da erkən boşalmaya səbəb ola bilər. Hər hansı xəstəliklə bağlı müalicə alan şəxslərdə qəbul edilən bəzi dərman  preparatları da erkən boşalmaya səbəb ola bilər. Kişinin əsəb sistemi, fiziki yorğunluğu və s. bu kimi bir çox  hallar  da erkən boşalmanın səbəbi ola bilər.

Son söz əvəzi. Bu məqalədə və budan əvvəlki məqalələrdə verilən hər hansı məlumat  və ya tövsiyə şəxsi təxəyyülə, müəllifin mülahizələrinə və ya xalq arasında gəzən inanclara deyil, elmi təbabətə əsaslanır. “Elmi təbabət” isə qısa şəkildə desək, “sınanmış  reseptlərin  məcmuusu”  deməkdir.    Müasir elmi təbabətin əsas prinsipləri “Sübutlara əsaslanan tibbdən” qaynaqlanır.  Biz öz müalicələrimizdə  Amerika və Avropanın öncül uroloji elmi cəmiyyətlərinin, tədqiqat institutlarının  və klinikalarının  uzun illər ərzində klinik tədqiqatları  ilə təsdiq olunmuş  və  30 illik  təcrübəmizdə özünü doğrultmuş  müalicə metodlarını və protokolları rəhbər tuturuq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tələbələri porno videolara çəkən şəxs tutulub
Kuryer tələbə qızı zorlayıb (18+)
Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Polkovnikin oğlu ev   dustaqlığına   buraxıldı